Əsas Səhifə > Sosial, Manşet > İSMƏT ABBASOV MÖVQELƏRİNİ QORUYA BİLİB

İSMƏT ABBASOV MÖVQELƏRİNİ QORUYA BİLİB


10-07-2012, 13:52
İSMƏT ABBASOV MÖVQELƏRİNİ QORUYA BİLİB

DƏFƏLƏRLƏ GEDƏCƏYİ SÖYLƏNİLƏN KTN ŞEFİ YENİDƏN ETİMAD QAZANIB

DİA.AZ: - Hələ 2008-ci ilin prezident seçkiləri zamanı proqnozlaşdırılırdı ki, hakimiyyət iki naziri ilə vidalaşır. Onların sırasında isə kənd təsərrüfatı naziri İsmət Abbasovun adı birinci sırada yer alırdı. Hətta həmin ərəfədə prezidentliyə namizəd olanlar da həmin iki nazirin qarasınca danışaraq, özlərinin psevdomüxalif mövqelərini gizlətməyə çalışırdılar. Lakin deyilənlərin yalnıç yarısı çin çıxdı. Hakimiyyət o zamankı iqtisadi inkişaf naziri Heydər Babayevlə yollarını ayırsa da, İsmət Abbasov vəzifəsini itirmədi.

Amma buna rəğmən İsmət Abbasovun gedəcəyi haqda verilən xəbərlər səngimədi. Elə son günlər də bu qəbildən olani xəbərlərin sayı durmadan artmaqdadır ki, bütün bunlarda konkret maraqlı qüvvələrin aktivliyi də hiss olunur. Yəni bu yolla bəzi dairələr öz aləmlərində İsmət Abbasovun gedişi üçün ictimai rəy formalaşdırmış olurlar.

Nazirlər Kabinetindəki məlumatlı mənbələrdən DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, son günlər gah kombayn sürməsi ilə, gah da KTN-nin təşki etdiyi yarmarkalardan pomidor alması ilə diqqətləri cəlşb etməyə çalışan İsmət Abbasov hələ 2013-cü ilə qədər toxunulmazlıq əldə edib.

Mənbənin söylədikləri: «Rəqibləri nə qədər çalışsalar da KTN şefini sıradan çıxara bilmədilər. Və onun işgüzarlılığına etimad bəsləyən, həmçinin rəqiblərinin arqumentlərinin cəfəngliyinə inanmayan dövlət başçısının İsmət Abbasova 2013-cü il seçkilərinə qədər toxunmayacağı qənaəti var».

Mənbəmizə görə, hər halda, belə bir etimadı əldə etməsi bütün çevrəsi «akulalar» olan İsmət Abbasov üçün böyük uduşdur.

Geri qayıt