Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKIDA POLİSLƏRİ NECƏ BIÇAQLAYIBLAR?

BAKIDA POLİSLƏRİ NECƏ BIÇAQLAYIBLAR?


11-07-2012, 13:19
BAKIDA POLİSLƏRİ NECƏ BIÇAQLAYIBLAR?

İKİ POLİSİN YARALANDIĞI OLAYIN TƏFƏRRÜATLARI

Bakıda polis əməkdaşının bıçaqlanmasının təfərrüatları məlum olub.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə əməliyyat zamanı baş verib. Belə ki, ötən gecə Yasamal rayon sakini Məmmədağa Abbasov polisə zəng edərək atası Hafiz Abbasovun içkili vəziyyətdə qonşuları ilə dava etməsi barədə məlumat verib. Dərhal hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu gedib. Əməliyyat qrupuna Polis Bölməsinin əməliyyat müvəkkili, 37 yaşlı Emin İdris oğlu Məmmədov rəhbərlik edib. H. Abbasov polislərə müqavimət göstərib və E. Məmmədovu bıçaqlayıb. Daha sonra isə hadisə yerindən qaçıb. Yaralı polis zabiti ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində polis zabitini bıçaqlayaraq hadisə yerindən qaçan H. Abbasovun yeri müəyyənləşib. Onun tutulması üçün həmin ünvana yenidən əməliyyat qrupu göndərilib. H. Abbasov bu dəfə də polis əməkdaşlarına müqavimət göstərib və daha bir polis əməkdaşını – polis serjantı Yusif Rzayevi bıçaqlayıb.

Ayağından xəsarət alan Y. Rzayev xəstəxanaya yerləşdirilib.

H. Abbasov yenidən qaçmağa cəhd etsə də, mümkün olmayıb. O, zərərsizləşdirilərək Yasamal Rayon Polis İdarəsinə gətirilib.


Geri qayıt