Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİNDƏN ŞOK ADDIM

FHN ŞEFİNDƏN ŞOK ADDIM


25-10-2011, 15:31
FHN ŞEFİNDƏN ŞOK ADDIM

KƏMALƏDDİN HEYDƏROV TÜRKİYƏYƏ 10 MİLYON DOLLAR YARDIM EDİB

DİA.AZ: - Adı mətbuatda daha çox pisliyə çəkilən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu dəfə xeyirxah əməli ilə diqqətə gəlib. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) daxil olan məlumatda bildirilir ki, Türkiyənin Van şəhərində baş verən zəlzələ nəticəsində yaranmış xəsarətlərin aradan qaldırılmasına dəstək olaraq FHN şefi 10 milyon dollar pul ayırıb.

Mənbə bildirir ki, həmin vəsait Azərbaycanın Türkiyədəki səfiri Hulusi Kılıc cənablarına təqdim olunub: «Qeyri-rəsmi şəraitdə bu pul səfirə verilib və bildirilib ki, həmin vəsait Türkiyədə zəlzələ nəticəsində dəymiş maddi ziyanın aradan qaldırılması üçün qardaş yardımıdır».

Təbii ki, FHN şefinin bu insani addımı hər bir azərbaycanlı üçün fəxrdir.


Geri qayıt