Əsas Səhifə > Güney Press, Araşdırma > TÜRK İŞ ADAMI AZƏRBAYCANA YATIRIM QOYUR
TÜRK İŞ ADAMI AZƏRBAYCANA YATIRIM QOYUR11-07-2012, 14:20 |
ƏLİ AĞAOĞLU “KHAZAR İSLANDS” LAYİHƏSİNDƏ Türkiyənin ən böyük işi adamlarından biri olan Əli Ağaoğlu Azərbaycanda həyata keçirilən dənizdə şəhər - «Khazar Islands» layihəsinə investor kimi qoşulacaq. Bu barədə «APA-ECONOMICS»ə «Khazar Islands» layihəsini reallaşdıran «Avesta» konserninin rəhbəri Hacı İbrahim İbrahimov bildirib. Onun sözlərinə görə, bu günlərdə Bakıda aparılan danışıqlarda türk işi adamının rəhbərlik etdiyi qrupun bu layihəyə investisiya yatırması barədə ilkin razılıq əldə olunub: «Bununla bağlı növbəti görüşümüz iyulun 19-20-də İstanbulda keçiriləcək». İ.İbrahimov bildirib ki, ilkin razılığa əsasən, türk işi adamı «Khazar Islands» layihəsinə minimum 100 mln. manat (təxminən 125 mln. dollar) manat vəsait yatıracaq. Geri qayıt |