Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ-DƏ KADR İSLAHATI APARILACAQ

ARDNŞ-DƏ KADR İSLAHATI APARILACAQ


25-10-2011, 15:46
ARDNŞ-DƏ KADR İSLAHATI APARILACAQ

RÖVNƏQ ABDULLAYEV ƏN YAXIN ADAMLARINDAN BİRİNİ DƏ «RASXOD»A VERİR

DİA.AZ: - «Dövlət Neft Şirkətində kadr islahatları nəzərdə tutulur». Bu barədə məlumat hökumət içindəki qaynaqlar tərəfindən redaksiyamıza ötürülüb. Mötəbər mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) bildirdiklərindən belə məlum olur ki, ARDNŞ prezidenti Rövnəq Abdullyev özünün yaxın çevrəsində «darama əməliyyatı» keçirməyə hazırlaşır.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanın Xəzər sularındakı «Ümid» yatağı ilə bağlı problemlər yaşadığı haqda məlumat vermişdik. Və bildirmişdik ki, prezident İlham Əliyevə həmin yatağın istismara hazır olması barədə hesabatın verilməsinə baxmayaraq, hələ də yataq istifadəyə hazır deyil. Bu barədə redaksiyamızı bilgləndirən məlumatlı çevrələrin sözlərinə görə, yataq üzərindəki qurğular dəfələrlə sementlənməsinə baxmayaraq, boşluğa axır ki, bu da yataqda olan qaz ehtiyatının istismarını əngəlləyir. Halbuki prezident İlham Əliyev artıq bütün dünyaya Azərbaycanın hədsiz təbii qaz ehtiyatının olması ilə bağlı hesabat verib.

Məlumatlı mənbə redaksiyamıza bildirib ki, məhz bu səbəbdən ARDNŞ prezidenti həm «Ümid» yatağına cavabdeh olan ARDNŞ strukturlarında və həm də digər qurumlarında kadr islahatlarını həyata keçirməyə düşünür. Maraqlıdır ki, adı «vurulacaqlar» siyahısına daxil edilənlərdən biri də dünənə qədər Rövnəq Abdullayevin ən yaxın adamlarından biri kimi tanınan ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevdir.

Bildirək ki, keçmiş MTN işçisi olan Rəşad Əliyev bir zamanlar mətbuatda hətta MTN şefi postuna namizəd kimi də nişan verilməkdə idi. Həmin ərəfədə yayılan xəbərlərdə qeyd olunurdu ki, Rəşad Əliyev məhz Rövnəq Abdullayevin dəstəyi ilə ARDNŞ-dən MTN-ə - köhnə sahəsinə transfer olunur. Lakin bunların heç biri baş vermədi.

Əksinə, indi Rəşad Əliyevin özünün mövqelərinin zərbə altında olduğu söylənilir. Məlumatlı mənbə idda edir ki, Rəşad Əliyevlə bağlı qərara səbəb onun Rövnəq Abdullayevin yanında buraxdığı yanlışıdır: «Rəşad Əliyev 20 sentyabr - Neftçilər Günü ilə bağlı tədbirdə böyük bir səhv buraxıb. Hər halda, Rövnəq Abdullayev üçün bu bir yanlış idi. Belə ki, ARDNŞ prezidentinin qorumasına birbaşa olaraq cavabdeh olan Rəşad Əliyevin səhlənkarlığı səbəbindən həmin tarixdə təşkil olunan törəndən sonra Rövnəq Abdullayev sakinlərin arasında - basabasda az qala 10 dəqiqə vaxt itirib. Halbuki hər dəfə Rəşad Əliyev öz rəhbərinin təhlükəsiz şəkildə hərəkətini təşkil edirdi. Bu dəfə isə onun başının hansısa işlərə qarışıq olduğu söylənilir (bu isə tamam ayrı bir mövzudur)».

Ənbə bildirir ki, məhz həmin tarixdən etibarən Rəşad Əiyevi bir dəfə də olsun qəbul etməyən ARDNŞ prezidenti artıq onun da görəvdən alınması barədə qərar verib: «Rəşad Əliyev hər gün Rövnəq Abdullayev işdən çıxarkən şəxsən onun maşınının yanında olur. Amma son günlər Tİ rəhbəri bu «işini» də icra etmir».


Geri qayıt