Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RÖVNƏQ ABDULLAYEVİN ADI QALMAQALDA
RÖVNƏQ ABDULLAYEVİN ADI QALMAQALDA12-07-2012, 12:57 |
ARDNŞ PREZİDENTİ MONTENEQROYA NECƏ NÜFUZ EDİB? Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Adriatik Dənizi sahilində yerləşən Monteneqro hərbi bazasını kurort məntəqəsinə çevirmək üçün 90 illik müqavilə imzalayıb. Bu barədə Monteneqronun Turizm və Dayanıqlı İnkişaf Nazirliyi xəbər verib. ARDNŞ nümayəndələri və Monteneqro hökuməti tərəfindən imzalanmış müqaviləyə görə, Azərbaycan şirkəti növbəti səkkiz il ərzində Monteneqronun Kumbor ərazisindəki keçmiş barrakları yüksək keyfiyyətli otellərə çevirmək üçün 315 milyon dollar sərmayə yatıracaq. Şirkət bazanın 240 min kvadrat metrlik ərazisinin arendası üçün 13 milyon avronu dərhal ödəyəcək. Frans Press agentliyi belə yazır. "Beynəlxalq turizmdə təcrübəsinin olmamasını nəzərə alaraq... indi ARDNŞ-nin bu razılaşmanı necə başa vuracağını gözləmək qalır" - Monteneqro-Azərbaycan müqaviləsi barədə yazan "Financial Times" qəzeti qeyd edir. ARDNŞ nümayəndəsi Məmməd Nəzərəliyev qəzetə bildirib ki, şirkət artıq İspaniyanın Melia Hotels şirkətindən niyyət məktubu alıb və Vizzion Archtects şirkətilə işləmək istədiyini bəyan edib. Bu otellərin ARDNŞ işçiləri üçün nəzərdə tutulduğu, yoxsa hamı üçün açıq olacağı məlum deyil. Uduzan şirkət məhkəməyə verir Tenderi uduzan NCH Capital şirkəti Monteneqro Ali Məhkəməsinə müraciət edib və qərardan şikayət edib. Məhkəmə onun əleyhinə qərar çıxarıb. ABŞ investisiya fondu NCH Capital-ın Balkan regionunda böyük maraqları var. NCH Capital ARDNŞ-dən daha artıq pul - arenda ərazisinin hər kvardat metri üçün 2 avro və mənfəətin 5.1 faizini təklif etmişdi, FT yazır. Azərbaycan isə 45 illik arenda müqabilində hər kvardat metr üçün 1 avro və mənfəətin 5 faizini təşkil edən müxtəlif icarə haqqı ödəyəcək, FT yazır. NCH Azərbaycanın təklifinə qarşı rəsmi şikayət ərizəsi versə də, Özəlləşdirmə Şurası ərizənin gecikdiyini deyərək onu rədd edib. İyunun sonunda isə məhkəmə onu haqsız çıxarıb. Şirkət deyib ki, iddiası iki məqama əsaslanır: ARDNŞ-nin təklifi texniki səbəblərə görə qəbul olunmamalı idi və kəmiyyət və keyfiyyət baxımından NCH-in tender təklifi daha üstün idi. "BP və ya Exxonu kurortlar tikən görməzsən və bunun üçün də səbəb var" - o, bildirib. Ancaq Monteneqro rəsmiləri tender prosesinin şəffaf olduğunu deyir. Monteneqro İnvestisiya İnkişafı Agentliyinin baş icarçısı Petar İvanoviç FT qəzetinə deyib ki, dəbdəbəli otellrin tikilməsi hüququnun ARDNŞ-ə verilməsi qərarını bir çox Monteneqro institutları, o cümlədən parlament verib. Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov razılaşma imzalanması mərasimindən sonra jurnalistlərə deyib ki, bu tender "müstəsna şəffaf və təmiz prosedur nümunəsi" idi. "Bu, razılaşmaya necə şəffaf nail olunmasına bir misaldır" - deyib səfir. "Pulu ARDNŞ vermir" ARDNŞ-in məqsədi turizm şirkətlərinə dəstək göstərməkdir - bu sözləri bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev APA-ya bildirib. Onun sözlərinə görə, Azərbaycanın bəzi turizm şirkətləri həmin layihədə tenderə qatılmaq istəsələr də, imkanları tenderdə qoyulan tələblərə cavab vermədiyindən, ARDNŞ onları dəstəkləmək üçün bu tenderə qatılıb. Cənab Abdullayev deyib ki, ARDNŞ bu layihəyə investisiya qoymaq niyyətində deyil: “Layihənin idarə olunması ilə Azərbaycanın turizm şirkətləri məşğul olacaq. ARDNŞ-nin otel biznesi ilə məşğul olmaq planları yoxdur” (BBC Azərbaycanca). Geri qayıt |