Əsas Səhifə > Güney Press, Araşdırma > BALAKƏNİN “PADŞAHINDAN” PREZİDENTƏ ŞİKAYƏT EDİLDİ
BALAKƏNİN “PADŞAHINDAN” PREZİDENTƏ ŞİKAYƏT EDİLDİ13-07-2012, 13:45 |
İCRA BAŞÇISI BİR AİLƏNİ KÜÇƏYƏ ATDI Ölkənin bəzi bölgələrində vəziyyət o qədər də ürəkaçan deyil. Balakən rayonunda baş verən məlum hadisəyə isə şərh vermək mümkün deyil. Belə ki, Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və onun müavini, YAP-ın rayon təşkilatının sədri, Azad Balayev rayon sakinlərinə sadəcə divan tutur. Hətta bir ailəni, azyaşlı uşaqlarla birlikldə küçəyə atıb. Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, Mir Cəlal küçəsi, ev 2 ünvanında yaşayan, 75 yaşlı Gəncəliyev Murtuz Hüseyin oğlunu, 7 nəfər ailə üzvü ilə birlikdə 25 il yaşadığı evdən çölə atılıb. Ev Azad Balayevin göstərişi ilə traktorla yerlə-yeksan edilib. Məlumatda qeyd olunur ki, ail əvə azyaşlı uşaqlar hazırda küçədə, qurd-quşla birlikdə yaşamaq məcburiyyətində qalıb. Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev də, YAP sədri ilə birləşib ailəni dinləmir, onları qapıdan qovdurur. Qeyd edək ki, ailə icra başçısı İslam Rzayev və müavin Azad Balayevin özbaşınalığı ilə bağlı, ölkə prezidenti İlham Əliyevə və ölkəmizdə fəaliyyət göstərən bütün diplomatik korpuslara müraciət edəcək. Geri qayıt |