Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏD QAN İÇMƏYİ GETMƏKDƏN ÜSTÜN TUTDU
BƏŞƏR ƏSƏD QAN İÇMƏYİ GETMƏKDƏN ÜSTÜN TUTDU13-07-2012, 14:14 |
SURİYA QAN GÖLÜ İÇİNDƏ Suriya ordusu tanklar və təyyarələr istifadə edərək mərkəzi Hama əyalətində 200-dən çox insanı qətlə yetirib. Bunu müxalifət fəalları deyir. Londonda yerləşən Suriyanın İnsan Hüquqları Müşahidəçi qrupu bildirib ki, qətliam Treimsa kəndində törədilib. Dövlət İnformasiya Agentliyi SANA isə kənddə ordu və “terrorçu qrup” arasında toqquşma barədə məlumat verib, ancaq nə qətliam, nə də ümumiyyətlə ölüm hallarını qeyd etməyib. Müxalif Suriya Milli Şurasının rəhbəri Abdel Basset Sayda qətliamla bağlı hiddətini ifadə edib və Dəməşq rejiminə qarşı hərbi müdaxiləyə imkan verən BMT-nin sərt qətnaməsi üçün çağırış edib. Müşahidə Qrupu bildirir ki, ötən il mart ayının ortalarından başlayan üsyandan bəri Suriyada 17 mindən çox insan öldürülüb. Geri qayıt |