Əsas Səhifə > Sosial, Manşet > ƏTİ HANSI MƏMUR BAHALAŞDIRIR?

ƏTİ HANSI MƏMUR BAHALAŞDIRIR?


26-10-2011, 11:55
ƏTİ HANSI MƏMUR BAHALAŞDIRIR?

MİLLƏTƏ ÖLÜ HEYVAN ƏTİ YEDİRDƏN MƏMURLAR

DİA.AZ: - Azərbaycanda ən dəyərsiz olanı insan həyatıdır. Bu barədə hər zaman fikirlər söylənilsə də, amma cavabdeh instansiyaların tükü belə tərpənmədiyindən hələ də eyni problem qalmaqdadır. Hələ də nə yedimiyimiz, nə içdiyimiz kimsənin umrunda deyil. Hələ də insan həyatını aşağılayan olaylara şahidlik etməkdəyik.

Doğrudur, görüntü olaraq bu gün Azərbaycanda satışa çıxarılan məhsulların kefiyyətinə nəzarət edən qurumlar var. Amma görüntü olaraq… Realda isə bu kimi qurumlar daha çox rüşvət tələsi funksiyasını həyata keçirirlər. Yəni rüşvətini ver, millətə nəyi istəyirsən, sat.

Redaksiyamıza daxil olan şikayət xarakterli müraciətlər də bu qəbildəndir. Redaksiyamıza verilən məlumata görə, bir qrup işbaz bu gün Azərbaycana Hindistandan və Braziliyadan ölmüş heyvan ətini ixrac etməkldə məşğuldur. Qeyd edək ki, həmin işbaz çevrə ilə bağlı araşdırmalarımız davam etdiyindən daha dolğun məlumatları yaxın vaxtlarda diqqətinizə çatdıracağıq.

Mənbə bildirir ki, inək ətinin yeyilməsi Hindistanın əksər böölgələrində qadağan olunduğundan orada inəklər əksərən yaşlanaraq ölürlər: «Həmin inəklər kəsilərək Azərbaycan kimi ölkələrə çox ucuz qiymətə ixrac olunur. Təsəvvür edin, normalda bir kilosunun qiyməti 15 manata olan can əti Hindistandan Azərbaycana bir kiloqrammı 1 manata ixrac olunur».

Təbii ki, ölmüş heyvan ətinin insan sağlamlığına hansı formada təsir etdiyini izahlamağa heç bir lüzum yoxdur. Mənbə bildirir ki, bu gün Bakıda fəaliyyət göstərən dönərxanaların 90 faizi məhz Hindistandan ixrac olunan ölmüş heyvan ətini satışa çıxarırlar: «Restoranlarda verilən langet və bu kimi yeməklərin hazırlanmasında da Braziliya və Hindistandan ixrac olunan ucuz və həm də sağlamlıq üçün təhlükəli olan ətdən istifadə edilir».

Hər halda, bu məsələyə müvafiq dövlət qurumlarının reaksiya verməsi vacibdir. Xüsusən də bu gün daha çox ayrı-ayrı məmurların bizneslərinin qeyri-rəsmi keşikçilərinə çevrilmiş iqtisaidi inkişaf nazirliyi problemə təcili müdaxilə etməlidir.

Mənbəmiz isə onu da bildirdi ki, hansısa dövlət qurumunun bu prosesə müdaxiləsi qeyri-mümkündür: «Çünki bui şin arxasında da çox nüfuzlu məmurlardan biri dayanır».


Geri qayıt