Əsas Səhifə > Dünya > TÜRK TƏYYARƏSİ ZENİTLƏ VURULMAYIB
TÜRK TƏYYARƏSİ ZENİTLƏ VURULMAYIB14-07-2012, 14:25 |
HƏLƏ BUNUNLA BAĞLI EKSPERTİZA DAVAM ETDİRİLİR Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Suriya tərəfindən vurulmuş Türkiyəyə məxsus təyyarəsinin qalıqları üzərində aparılan araşdırmanın nəticələrinə dair yeni bəyanat yayıb. Bəyanatda deyilir: "Kriminal araşdırmanın nəticələri, kəşfiyyat təyyarəsinin Suriya tərəfindən iddia edildiyi kimi zenit raketi ilə vurulması ehtimalını aradan qaldırır. Dənizin dibindəki vacib hissələri çıxarıb texniki araşdırmaları tamamladıqdan sonra təyyarənin Suriya tərəfindən necə vurulduğunu təsbit etmək mümkün olacaq”. Geri qayıt |