Əsas Səhifə > Dünya > FRANSIZ XALQI BU GÜN BAYRAM EDİR

FRANSIZ XALQI BU GÜN BAYRAM EDİR


14-07-2012, 14:28
FRANSIZ XALQI BU GÜN BAYRAM EDİR

“BASTİLİYANIN ALINMASI” GÜNÜ QEYD OLUNUR

Bu gün Fransada əsas milli bayram olan "Bastiliya qalasının alınması günü" qeyd edilir. Yelisey düzündə 5000 hərbçi və 450 hərbi texnikanın iştirakı ilə möhtəşəm parad keçirilir. Paris səmasında Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlər aviaşou göstərib. Mərasimin ən rəngarəng hissəsi prezident qvardiyasının atlılarının keçidi sayılır.

Paradda Fransa prezidenti Fransua Olland da iştirak edir. Paraddan sonra prezident jurnalistlərin suallarını cavablandıracaq. Belə ki, Fransanın yeni prezidenti jurnalistlərə müsahibə və televiziya ilə xalqa müraciət ənənəsini bərpa edəcək. Bir vaxtlar Fransua Mitteranın əsasını qoyduğu həmin ənənədən Nikolya Sarkozi imtina etmişdi.

Bu axşam Fransanın iri şəhərlərində bal, konsert və digər şənliklər keçiriləcək. Parisdə əsas tədbir Eyfel qülləsinin yanında təşkil ediləcək şou olacaq. Həmin yerdə artıq nəhəng güzgülü kürə quraşdırılıb və şou möhtəşəm atəşfəşanlıqla tamamlanacaq.

Geri qayıt