Əsas Səhifə > Gündəm, Manşet > ELMAR VƏLİYEVLƏ BAĞLI ŞİKAYƏT ARAŞDIRMADA
ELMAR VƏLİYEVLƏ BAĞLI ŞİKAYƏT ARAŞDIRMADA14-07-2012, 14:38 |
İDDİAYA GÖRƏ, VƏLİYEV QARDAŞLARININ DURUMU DA AĞIRLAŞIB DİA.AZ: - Hakimiyyət deyəsən, daha bir qardaş cütlüyü ilə yollarını ayırmağa hazırlaşır. Bildirək ki, bu qənaəti redaksiyamıza mötəbər mənbələrdən daxil olan informasiyanın mahiyyəti formalaşdırmaqdadır. DİA.AZ-a ötürülən informasiyaya görə, Gəncənin icra başçısı Elmar Vəliyevlə bağlı korrupsiya faktı artıq müvafiq dövlət qurumları tərəfindən araşdırmaya götürülüb. Hər halda, Respublika baş prokurorunun müavini, Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyevin qardaşı olan Elmar Vəliyevin bu şəkildə münasibətin hədəfinə çevrilməsi artıq çox ciddi mətləblərdən xəbər verir və bu səbəbdən də ekspertlər Vəliyev qardaşlarının durumunun heç də ürəkaçan olmaması rəyini açıqlayırlar. Məlumatı verən qaynaq iddia edir ki, Elmar Vəliyevin yeganə regional bank olan «GəncəBank»ın xətti ilə külli miqdarda, təxminən 1 milyon 700 min manata vəsaiti mənimsəməsi faktı aşkarlanıb. Bildirək ki, «GəncəBank» «Azəravtoyolservis»in rəhbəri Cavid Qurbanovun adamlarına məxsusdur və mənbəmiz iddia edir ki, yeyinti faktı zamanı deputatın da adamları müəyyən pay əldə ediblər. Artıq bu faktların korrupsiyaya qarşı mübarizə idarəsinə ötürülməsini və fakt üzrə araşdırmaların aparılması ilə bağlı hərəkətə keçildiyini bildirən mənbəmiz onu da vurğuladı ki, artıq məsələdən xəbərdar olan Xanlar Vəliyev qardaşına qarşı hər hansı neqativ hərəkətlənmənin baş verməməsi üçün önləyici addımlarını atmaqdadır. Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |