Əsas Səhifə > Sosial, Manşet > TORPAQ ALVERİ BAĞLI MƏSƏLƏ CİDDİ ARAŞDIRILIR

TORPAQ ALVERİ BAĞLI MƏSƏLƏ CİDDİ ARAŞDIRILIR


14-07-2012, 18:15
TORPAQ ALVERİ BAĞLI MƏSƏLƏ CİDDİ ARAŞDIRILIR

HAZIRKİ VƏ KEÇMİŞ BƏLƏDİYYƏ ÜZVLƏRİNİN HƏBSİ GÖZLƏNİLİR

DİA.AZ: - Redaksiyamızı bilgiləndirən hökumət içindəki mötəbər mənbələrin sözlərinə görə, Ədliyə Nazirliyinin bələdiyyələrlə iş üzrə mərkəzi bələdiyyə seçkilərinə qədər hazırkı bələdiyyə quruluşlarında yoxlamaların aparılmasına qərar verib.

Xatırladaq ki, belə bir anoloji total yoxlamaya bir neçə il əvvəl şahidlik etmişdik. Bu həmin ərəfədə idi ki, bələdiyyə quruluşlarının sayı 1300-ə qədər endirildi. İndi isə bələdiyyə seçkilərindən sonra, 2009-cu ildən sonra ilk dəfədir ki, total yoxlamalar həyata keçiriləcək.

Mənbəmiz onu da bildirdi ki, yoxlamalar zamanı xüsusi olaraq bələdiyyələrin nəzarətində olan torpaqların alqı-satqı işinin həyata keçirilməsi araşdırılacaq. Qeyd edək ki, bir müddət əvvəl parlamentdə də bələdiyyələrin torpaqları ilə bağlı qalmaqallı müzakirələr aparılmışdı.

DİA.AZ-a daxil olan məlumatlara görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bələdiyyələrə qarşı ittiham irəli sürüb və həmin rəsmi ittihamlara görə, ayrı-ayrı bələdiyyə quruluşları özlərinə aid olmayan torpaq sahələrini də sataraq, həmin mülkiyyətçilərə əslində saxta sənədləri verməsi ilə bağlı yetərincə faktlar var. Ki, sonradan bu məsələ ilə bağlı dövlətin özünün belə problemləri yaranır.

Məsələn, bildirilir ki, bu gün Dövlət Neft Şirkəti tərəfindən məhkəmədə davası aparılan və sökülməsi tələb olunan Sulutəpədə, Suraxanı və digər rayonlarda tikilən evlərin əksəriyyətinə bələdiyyələr tərəfindən rəsmi sənədlər verilib. Yəni burada vətəndaşların heç bir günahı yoxdur və onlar əslində qanuni şəkildə ev sahibi olduqlarını zənn ediblər. Əslində qanunu pozan isə bələdiyyələrdir. Amma bu məsələ bu vaxta qədər araşdırılmayıb.

Son məlumatlarda deyilir ki, məhz bu məqamla bağlı ədliyyə nazirliyinin müvafiq qurumuna yoxlamaların aparılması, əldə olunani faktlarla bağlı cinayət işlərinin açılması barədə göstəriş verilib. Amma bir məqam da var ki, qanunsuz torpaq alverinin böyük hissəsi keçmiş bələdiyyələrin dövrünə aid olduğundan və onların bəzilərinin çoxdan bələdiyyələrdən kənarlaşması səbəbindən, həm də keçmiş bələdiyyə üzvlərinin də məsuliyyətə cəlb olunacağı gözlənilir.

Geri qayıt