Əsas Səhifə > Sosial, Manşet > «POLEJENNİÇ»İN ÖLÜMÜ NAZİRLİYİ QARIŞDIRDI

«POLEJENNİÇ»İN ÖLÜMÜ NAZİRLİYİ QARIŞDIRDI


16-07-2012, 13:10
«POLEJENNİÇ»İN ÖLÜMÜ NAZİRLİYİ QARIŞDIRDI

RAMİL ƏLİYEVİN ÖLÜMÜNÜN SƏBƏBLƏRİ NƏDƏN MƏDƏT QULİYEVDƏN GİZLƏDİLİR?

DİA.AZ: - Məlum olduğu kimi, srağagün geə saatlarında həbsxanada məhkum ölüb. Bu barədə Qaradağ rayon Prokurorluğundan bildirilən rəsmi məlumatda deyilir ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustandakı qapalı həbsxanasında qeydə alınıb.

Həbsxanada cəza çənən, 1983-cü il təvəllüdlü Əliyev Ramil Murad oğlu qəfildən dünyasını dəyişib. Mərhumun ölümünün səbəblərini müəyyən etmək məqsədi ilə tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün səbəbləri məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

DİA.AZ-a isə bu ölüm hədisəsi ilə bağlı maraqlı faktlar daxil olub. Penitensiar xidmətdəki məlumatlı qaynaqdan ötürülən informasiyadan aydın olur ki, əslində Əliyev Ramil Murad oğlu oğru dünyasının tanınmışlarından olub və Qobustan türməsində ümumi «polejeniyaya» baxırmış: «37-ci kamerada qalan Əliyev Ramil narkoman idi və artıq dozadan dünyasını dəyişib».

Hər halda, belə bir faktın ədliyyə nazirliyi tərəfindən açıqlanması, etiraf olunması imkansızdır. Mənbəmiz bildirir ki, Əliyev Ramilin dörd divar arasında narkotikdən rahatlıqla istifadə etməsinin səbəbləri araşqdırılarsa, o zaman penitensiar xidmətin əməkdaşları cəzalana bilər».

Məlumatlara görə, hətta Qobustan türməsinin rəhbərliyi ölümün əsl səbəbinin gizlədilməsində maraqlıdır və bu barədə penitensiar xidmətin rəisi Mədət Quliyevin belə xəbərsiz tutulmasına çalışır: «Çox güman Mədət Quliyev ölümün əsl nədənini öyrəndiyi təqdirdə Qobustan türməsinin bəzi əməkdaşları vəzifələrindən azad edilməklə yanaşı, məsuliyyətə də cəlb oluna bilərlər. Bu məsələyə veriləcək reaksiyanın şiddətindən məlum olacaq».

Geri qayıt