Əsas Səhifə > Gündəm, Manşet > BANK SEKTORUNDA SİLKƏLƏNMƏLƏR DAVAM EDƏCƏK

BANK SEKTORUNDA SİLKƏLƏNMƏLƏR DAVAM EDƏCƏK


16-07-2012, 14:46
BANK SEKTORUNDA SİLKƏLƏNMƏLƏR DAVAM EDƏCƏK

«BANK OF BAKU» İLƏ «GƏNCƏ BANK»A QARŞI SANKSİYALAR TƏTBİQ OLUNUR

DİA.AZ: - Keçən həftə adı İranın xüsçusi xidmət orqanları ilə birgə hallandırılan «Royal Bank»ın lisenziyası Mərkəzi Bank tərəfindən dayandırıldı ki, bu olay da böyük ajiotaj yaratdı.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əslində «Royal Bank»ın fəaliyyətinin dayandırılması əgər bir tərəfdən rəsmi Bakının Tehrana bağlı iqtisadi strukturlara əl gəzdirmə niyyəti ilə bağlıdırsa, digər yandan da ümumi olaraq bank sektoruna «süpürgə çəkilməsi» prosesinin tərkib hissəsidir.

Bank sektorundakı qaynaqlardan ötürülən informasiyaya görə, daha bir neçə bankı anoloji aqibət gözləyir. Hər halda, bu zaman «sırada hansı bankdır» sualı da aktuallaşır. Apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, yenə də İrana aid olduğu iddia olunan (məşhur «VikiLiks» təşkilatının açıqladığı sənədlərlə də belə bir iddialar yer alıb -red.) «Bank of Baku»nun fəaliyyətinin əngəllənəcəyi söylənilir. Amma eyni zamanda yeganə regional bank hesab olunan «Gəncə Bank»ın da başının üzərini qara buludlar alıb.

Gəncədəki qaynaqlarımızın bildirdiyinə görə, «Gəncə Bank» iflas ərəfəsindədir, Mərkəzi Bankda olan havadarlarının sayəsində suyun üzündə qala bilən «Gəncə Bank№da əsl maliyyə maxinasiyaları davam edir, bank var gücü ilə çeşidli audit yoxlamalarını satın ala bilir:

«Ancaq daha son gəlib, Mərkəzi Bankın ləğvetmə komissiyası yol üstündədir, bir qrup hərbçinin kreditlər üzrə şapka alınması barədə şikayəti əsasında banka ciddi sanksiyalar tətbiq olunacaq».

Onu da bildirək ki, redaksiyamıza müraciət etmiş bir qrup hərbçilərin əlində danılmaz faktlar var, bunlar audio yazılardır. Həmin faktlar da təsdiqləyir ki, «Gəncə Bank»ın əməkdaşları kreditləri verərkən az qala onların tən yarısı qədərində «şapka» tələb ediblər. Ki, bu faktlar üzrə Mərkəzi Bankın ekspertləri tərəfindən müvafiq araşdırmalara start verildiyi də söylənilir.


Geri qayıt