Əsas Səhifə > Güney Press, Araşdırma > “İSLAM PARTİYASINA QARŞI TƏXRİBATLAR HAZIRLANIR”

“İSLAM PARTİYASINA QARŞI TƏXRİBATLAR HAZIRLANIR”


16-07-2012, 16:12
“İSLAM PARTİYASINA QARŞI TƏXRİBATLAR HAZIRLANIR”

AKİF HEYDƏRLİ HƏYƏCAN TƏBİLİ ÇALDI

İyulun 16-da Azərbaycan İslam Partiyası (AİP) Ağstafa rayon komitəsinin nəzarət-təftiş komissiyası sədri Səxavət İsmayılovun istefa verməsi ilə bağlı xəbər yayılıb. Xəbərdə deyilir ki, Səxavət İsmayılov İslam Partiyasının mövcud vəziyyətini ürəkaçan hesab etmir və onun nikbin gələcəyi olmayacağı düşüncəsindədir: “Bu partiya islam əqidəsinə əsaslandığını iddia etsə də, təşkilatın artıq “Fatihə”sini oxuyublar. Özümü dəfn olunmuş bir təşkilatda heç zaman görə bilmərəm. Həmişə fəal olmuşam və ictimai prosesləri yaxından izləmişəm. Ona görə də qərara gəldim ki, İslam Partiyası kimi bir qurumda tutduğum vəzifədən istefa verim. Düşünürəm ki, ən uyğun qərarı qəbul etmişəm. Bu addımım siyasi fəaliyyətimə daha da təkan verəcək”.

AİP sədrinin müavini Akif Heydərli “Media forum” saytına deyib ki, istefa haqqında xəbər doğru deyil: “Hələ 3 il bundan əvvəl partiyanın Ağstafa rayon komitəsinin o vaxtkı sədri Elxan Musayevin təqdimatı ilə Səxavət İsmayılov tutduğu vəzifədən uzaqlaşdırıldı. Daha sonra o, Rusiyaya biznes fəaliyyəti ilə məşğul olmağa getdi”.

Akif Heydərli hazırda bu xəbərin yayılma mənbəyini araşdırdıqlarını deyib: “Son günlər İslam Partiyasına qarşı təxribatlar hazırlanır və biz mediaya bu kimi xəbərlərin yayılmasını təxribat adlandırırıq”.

Geri qayıt