Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İRANIN CASUS DƏYİŞMƏ NİYYƏTİ TƏSDİQİNİ TAPIR

İRANIN CASUS DƏYİŞMƏ NİYYƏTİ TƏSDİQİNİ TAPIR


17-07-2012, 12:20
İRANIN CASUS DƏYİŞMƏ NİYYƏTİ TƏSDİQİNİ TAPIR

TANINMIŞ POLİTOLOQDAN İLGİNC AÇIQLAMA

Politoloq Vəfa Quluzadə bir neçə aydır İranda casusluq ittiham ittihamı ilə saxlanılan azərbaycanlı şairlərin tezliklə geri qaytarılacağını bildirib. O, Modern.az-a açıqlamasında vurğulayıb ki, gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin geri qaytarılması üçün Azərbaycanda olan iranlı məhkumlar da azad olunmalıdır.

“Şairlərin İranda tutulmasının səbəbi açıq və aydındır. Azərbaycanda bir çox İran vətəndaşları casusluq ittihamı ilə tutulublar. Bunun əvəzində də iranlılar da bizim şairləri həbs edərək onları cəsusluqda günahlandırır. Təbii ki, onlar bizdən əvəz çıxmağa çalışırlar. İranın məqsədi məlumdur. Gec-tez bu məsələ həll olunacaq. Mən hesab edirəm ki, biz iranlı məhbuslardan bir neçəsini buraxsaq, onlar da şairlərimizi azad edəcəklər. Əsas məsələ budur. Sözsüz ki, İran azərbaycanlı şairləri bir müddət həbsdə saxlayıb buraxacaq. Onlar şairdirlər, İrana heç bir xələl yetirən adam deyillər. Təbii ki, buraxacaqlar. Bunun üçün İran da Azərbaycanda casus kimi saxlanılan vətəndaşlarının azad olunmasını gözləyir”, - deyə politoloq bildirib.

Qeyd edək ki, bir neçə aydır İranda saxlanılan gənc şairlərin geri qaytarılması üçün rəsmi Bakı İrana dəfələrlə nota göndərib.

İrana poeziya festivalında qatılmaq üçün gedən Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2–də saxlanılıblar. İran tərəfi onları casusluqda ittiham edib.

Onu da xatırladaq ki, İranın Bakıdan şairlərin azadlığının qarşılığı olaraq 4 casusuunun azad edilməsini tələb etməsi ilə bağlı məlumatı ilk dəfə DİA.AZ olaraq bizlər diqqətinizə çatdırmışdıq. Indi isə bu məsələ ilə bağlı kifayət qədər məlumatlı bir isim kimi tanınan hörmətli Vəfa Quluzadənin danışması deyilənlərdə həqiqət payının yüksək olmasını təsdiqləyir.

Geri qayıt