Əsas Səhifə > Güney Press, Araşdırma > ŞOK: TƏHSİL NAZİRİ DİNDİRİLMƏDƏ

ŞOK: TƏHSİL NAZİRİ DİNDİRİLMƏDƏ


17-07-2012, 12:30
ŞOK: TƏHSİL NAZİRİ DİNDİRİLMƏDƏ
MİSİR MƏRDANOVUN İFADƏSİ ALINACAQ

Yaxın həftələrdə Təhsil Nazirliyinin adı ətrafında cərəyan edən hadisələrlə bağlı nazir Misir Mərdanov olmaqla, nazirliyin aparat rəhbəri İlham Pirməmmədov və İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində açılmış cinayət işinə görə dindirilməyə cəlb oluna bilər. Mümkündür ki, şöbə müdiri Şahrza Əliyev haqqında isə cinayət işi açılsın. Onu tezliklə həbs edə bilərlər.

Bu məlumatı mia.az-a verən informasiyalı şəxsin sözlərinə görə, nazir və adıçəkilənlərin belə bir vəziyyətlə üzləşmələrinin səbəbi Təhsil Nazirliyində faktiki mövcud olan cinayət tərkibli hadisələrin ipucunun onlara gedib çıxmalarıdır: «Diqqət edin, Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimov istər məhkəmələrində, istərsə də səhhəti ilə bağlı azadlığa çıxdıqdan sonra verdiyi müsahibələrdə nazir, aparat rəhbəri və şöbə müdirini fakt qarşısında qoyan açıqlamalar verib. O, tələbə köçürmələrində ittihamı nazirliyin rəhbərliyinə yönəldib. Deyib ki, nazirliyin binasında - nazirin qəbul otağında və nazirliyin binasının dördüncü mərtəbəsində iki nəfər özünü insanlara Orxan Kərimov kimi təqdim edib, sənəd, rüşvət qəbul ediblər. Amma hələ də bu cinayət faktlar araşdırılmayıb. Əslində isə hələ bu istiqamətdə istintaq əməliyyat tədbirləri davam etdirilir. Daha bir yenilik isə odur ki, Orxan Kərimovun azadlığa çıxmasından sonra istintaq tədbirləri xeyli sürətlənib. Amma sizə deyim ki, bilinməyən səbəblərdən Misir Mərdanov, aparat rəhbəri ə İqtisadiyyat Şöbəsinin müdirini tələbə köçürmələri ilə bağlı cinayət işinə cəlb etmək istəmirlər. Yəqin bu məsələdə rektorlarında adının keçməsi əziyyəti dəyişib. Çünki köçürmələrlə bağlı cinayət işində İlham Pirməmmədovun adını qabartsalar, o zaman universitet rektorları da onunla bərabər istintaqa cəlb edilməlidir. Çünki köçürmələrdə hər iki tərəf təxmini eyni rolu oynayıblar. Elə yəqin bu səbəbdəndir ki, Təhsil Nazirliyi ilə bağlı açılan cinayət işlərində adıçəkilənlər ə digər maddi-məsul vəziyə sahiblərini başqa adlarla məsuliyyətə cəlb eləmək və yaxud da dindirmək üçün qərar verilib».

Misir Mərdanovun, İlham Pirməmmədovun və Ş.Əliyevin dindirilməyə yaxın həftələrdə dəvət ediləcəyini israrla iddia edən müsahibimizin sözlərinə görə, istintaqın gedişinə uyğun olaraq İ.Pirməmmədovla Ş.Əliyev vəzifələrini də itirə bilərlər: «Sizə deyim ki, bu adamları Təhsil Nazirliyinin struktur sahəsinə aid olan müəssisələrdə milyonlarla manat dövlət vəsaitlərinin mənimsənilməsində ittiham etməyə hazırlaşırlar. Elə bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Bakı Şəhər Təhsil Idarəsindəki maliyyə pozuntuları haqqında rəsmi məlumat yayması da, deyilənlərə aydınlıq gətirə bilər. Həmin məlumatda deyilir ki, istintaqla məyyən edilib ki, Bakı Şəhər Təhsil Idarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup maddi-məsul şəxsləri qabaqcadan razılaşmaqla, 2010-cu ilin may ayından 2012-ci ilin mart ayınadək olan dövrdə ayrı-ayrı orta məktəblərdə, o cümlədən paytaxtın Binəqədi rayonunun 30, 276, 284, 297, 298, 314, Nəsimi rayonunun 1, 5, 8. 9, 11, 35, 42, 46, 54 saylı və digər orta məktəblərdə işləyən müəllim və texniki işçilərin faktiki əmək haqqı məbləğlərinin şişirdilməsi yolu ilə, habelə həmin təhsil müəssisələrində işləməyən ayrı-ayrı şəxslərin adlarını orta məktəb işçilərinin ümumi siyahısına əlavə etməklə hesablanmış əmək haqlarını onların adlarına alınmış ödəniş kartları vasitəsilə müxtəlif banklara məxsus bankomatlardan ümumilikdə 695 min manat çıxarmaqla külli miqdarda dövlət vəsaitini mənimsəmişlər. Bu aıqlamada Bakının 11 rayonundan 2-nin adı daxil olunub. Digər 9 rayonu da əlavə etsələr, o zaman mənimsənilən məbləğin milyonlarla manat olduğu aydınlaşar. Deyim ki, istintaq bu yöndə tədbirlərini davam etdirir. Maraqlı burasıdır ki, prokurorluğun son açıqlamasında yer alan faktlar birbaşa Təhsil Nazirliyi iqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyevin nəzarət etdiyi sahəyə aiddir. Bu fakt da yuxarıda deyilənləri təsdiq edir. Görünür, Orxan Kərimovun məhkəməsində ittiham olunan şəxsləri rəsmi şəkildə məktəblərdəki mənimsəmələrdə suçlamaq niyyətindədirlər. Bütün bu olaylar Ş.Əliyev kimilərinin həbsinə də yol aça bilər. Ancaq bu o demək deyil ki, Misir Mərdanov ətrafında cərəyan edən təhlükələrdən sığortalanıb. Onun başı ciddi şəkildə dərddədir. Sadəcə istintaq ictimai rəyi tamamilə onun əleyhinə yönəltdikdən sonra barəsində ciddi siyasi qərar veriləcəyini düşünmək olar».

Sonda müsahibimiz deyib ki, prokurorluq siyasi qərar gözləyir: «Belə bir qərarın isə yaxın həftələrdə veriləcəyi gözlənilir. Ondan sonra Misir Mərdanovu da istintaqa çağırıb, ifadəsini alacaqlar».

Məsələyə rəsmi münasibət öyrənə bilmədik.

Geri qayıt