Əsas Səhifə > Dünya > HANSI DAHA TƏHLÜKƏLİ HESAB OLUNUR?
HANSI DAHA TƏHLÜKƏLİ HESAB OLUNUR?17-07-2012, 12:55 |
NEFTİN BAHALAŞMASI, YOXSA İRANIN ATOMLAŞMASI Beynəlxalq birliyin nüvə İranı qarşısında qorxusu Qərb ölkələrinin bu ölkəyə tətbiq etdiyi sanksiyalarla bağlı neftin qiymətlərinin artacağı qorxusundxan daha çoxdur. Bu barədə bazar ertəsi Trend-ə ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr bildirib. İranda malların və ərzaq məhsullarının qiymətlərinin milli valyutanın (rialın) zəifləməsi səbəbindən 60 faizdən çox artması ilə bağlı suala cavab verən Eyr bildirib ki, sanksiyaların hədəfi ölkənin sıravi vətəndaşları deyil, İran hökumətidir. "Lakin biz anlayırıq ki, təəssüf ki, sanksiyalar İran xalqı üçün çətinliklər yaradır. Bu, qaçılmazdır. Lakin beynəlxalq birlik İslam Respublikasını Nüvə silahının yayılmamasına dair Müqavilə üzrə öhdəlikləri yerinə yetirməyə və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə tam əməkdaşlığa məcbur etməyi qərara alıb", - o deyib. İyulun 1-dən İran neftinin Avropa İttifaqı ölkələrinə idxalına qadağa qüvvəyə minir. DD nümayəndəsinin sözlərinə görə, İranın nüvə proqramından imtinası prosesində irəliləyiş və sanksiyaların effektivliyinə sübut artıq mövcuddur. Amerikalı diplomat qeyd edir ki, İranın ali dini lideri ayətulla Əli Xamneyi kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının istehsalına, saxlanmasına və istifadəsinə qadağa barədə fətva versə də, İran hökuməti onun nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu iddia etsə də, praktiki addımlar atmaq, yəni BAEA ilə tam əməkdaşlığa keçmək lazımdır. "ABŞ Prezidenti Barak Obamanın bəyan etdiyi kimi, İranın nüvə problemi üzrə danışıqların müddəti qeyri-məhdud deyil", - o əlavə edib. Eyrin sözlərinə görə, əgər İran öz nüvə fəaliyyəti ilə bağlı beynəlxalq narahatlığa məhəl qoymamağı davam etdirərsə, sanksiyalar sərtləşdiriləcək. "İran öz yolunu dəyişdirə və BAEA ilə əməkdaşlığı inkişaf etdirə bilər. Belə olan halda sanksiyalar götürüləcək", - o deyib. Geri qayıt |