Əsas Səhifə > Sosial, Manşet > İDMAN AKADEMİYASINDA YENİ QAZANC YERİ

İDMAN AKADEMİYASINDA YENİ QAZANC YERİ


17-07-2012, 13:33
İDMAN AKADEMİYASINDA YENİ QAZANC YERİ

DEPUTAT-REKTOR ƏLAVƏ GƏLİR ƏLDƏ ETMƏYİN YENİ ÜSULUNU İCAD EDİB

DİA.AZ: - Dəfələrlə vurğulamışıq ki, hakimiyyətin korrupsiya ilə apardığı mübarizə daha çox gözə kül üfürmə mahiyyəti daşıyır. Əgər belə olmasaydı, bu gün daha çox «rüşvət yuvası» kimi tanıdığımız təhsil sisteminə ciddi surətdə əl gəzdirilərdi. Hər halda, bir-iki orta məktəb direktoruna töhmət verməklə, bir-iki ali məktəb müəllimini başqa ad altında işdən çıxartmaqla və nəhayətdə Orxan Kərimov kimi sahibsiz bir məmuru «rasxod»a verməklə mübarizə görüntüsü yaratmaq belə mümkün deyil.

Bu gün hər kəs əminliklə deyə bilər ki, korrupsiya ilə mübarizənin təhsil sisteminə heç bir aidiyyatı yoxdur. Bu isəöz növbəsində təhsil çalışanlarının rüşvət məsələsindəəl-qolunun açılması ilə müşaiyət olunmaqdadır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, millət vəkili Ağacan Əbiyev də belələrindəndir. Hər halda, redaksiyamıza daxil olan məlumatlar bunu təsdiqləyir. DİA.AZ-ı bilgiləndirən qaynağın sözlərinə görə, Ağacan Əbiyev bu gün rəhbəri olduğu adi təhsil ocağında yenə dəəvvəlki qayda üzrə fəaliyyət göstərir: «Yenə də rüşvət məsələsi bu ali təhsil ocağında aktualdır».

Mənbə bildirir ki, bununla yanaşı, Ağacan Əbiyev yeni gəlir qaynaqlarının «müəyyənləşməsi» istiqamətində dəçabalar sərf etməkdədir: «Gələn ildən etibarən rektor rəhbəri olduğu akademiyada çalışan müəllimlərin illik dərs saatlarını artırmaq niyyətindədir». Məlumata görə, bunun müqabilində müəllimlərin əməkhaqqılarında heç bir dəyişiklik baş verməyəcək: «Məsələn, 450 dərs saatı olan müəllim gələn ildən 600 saat dərs deməlidir. Yəni bu zaman 150 saatın pulu rektorun cibinə axacaq. Orta hesabla akademiyada 500 müəllimin dərs dediyini nəzərə alsaq, o zaman bu məbləğ astronomik həddəçıxır».

Məlum prosesdən çox ciddi gəlirəümid etdiyi söylənilən Ağacan Əbiyevin bu «islahatı»nın artıq akademiyada çalışan müəllimlər tərəfindən narazılıqla qarşılandığı da söylənilir.

Bu arada DİA.AZ-a ötürülən bir başqa məlumatda vurğulanır ki, Ağacan Əbiyevin müəllimlərin dərs saatlarını artırması heç də ona ucuz başa gəlməyib: «Doğrudur, onun təhsil naziri Misir Mərdanovla münasibətləri qaydasındadır. Amma «drujba-drujba, slujba-slujba» Prinsipi burada da keçərli olduğundan rektor nazirə görüm-baxım edib».

Mənbə onu da bildirdi ki, Ağacan Əbiyevin yeni gəlir qaynaqlarının müəyyən olunması istiqamətində əlavə «ideyaları» da var: «Bunlardan biri qurumun balansında olan idman komplekslərinin icarəyə verilməsidir. Doğrudur, akademiyanın tələbələri üçün istifadə pulsuz olaraq qalacaq, amma kənar şəxslər də bundan sonra akademiyanın komplekslərindən ismtifadə edə biləcək. Ki, bu yolla da rektorun ciddi gəlirə ümid etməsi faktdır».

Geri qayıt