Əsas Səhifə > Şou-biznes > “HƏR ŞEY ARTIQ BİTDİ”
“HƏR ŞEY ARTIQ BİTDİ”17-07-2012, 14:15 |
MÜĞƏNNİ ASLAN EFİRDƏ NƏDƏN AĞLADI? Müğənni Aslan Lider televiziyasının "Rəngarəng" proqramında xəstə oğlunun vəziyyəti haqqında danışıb. Day.Az-ın verdiyi məlumata görə, o həyatının çətin günlərinə yenidən qayıtmaq istəmir. "Hər şey artıq bitdi. Həmin günlər hər şey mənə iyrənc görünürdü. Mənə elə gəlirdi ki, hamı məni aldadır və dostlarım yoxdur. Mən həmin günlər ona görə ağlamırdım ki, köməyə ehtiyacım var idi. Oğlumu o vəziyyətdə görmək istəmirdim. Evimi, maşınımı və bağımı satmaq istəyirdim, lakin heç kim almaq istəmədi. Ancaq yenə də oğluma kömək edən insanlar tapıldı", - o əlavə edib. Geri qayıt |