Əsas Səhifə > Gündəm, Manşet > FƏRHAD ƏLİYEVİN ADAMI ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜB
FƏRHAD ƏLİYEVİN ADAMI ÇƏTİN VƏZİYYƏTƏ DÜŞÜB19-07-2012, 11:37 |
BABA TAĞIYEVƏ RƏQİBLƏRİ «GET QAPILARINI SAT» İSMARICINI YOLLADILAR DİA.AZ: - Neçə vaxtdır barəsində müxtəlif məlumatları yayılan, keçmiş millət vəkili «Avropa Qapıları»nın sahibi Baba Tağıyev ölkədən birdəfəlik gedə bilər. Bu barədə məlumatı DİA.AZ-a sabiq deputatın yaxınlarından biri verib. Mötəbər mənbənin bildirdiklərindən belə aydın olur ki, Baba Tağıyevin birdən-birə diaspora işində fəallaşması onu zamanında hədəfə çevirən və hətta onun yenidən mandat almasının önünü əngəlləyən çevrələrin qəzəbinə səbəb olub. Xatırladaq ki, Baba Tağıyev hakimiyyətin bir zamanlar sahibkarlara üstünlük verdiyi dönəmdə deputat mandatı əldə edə bilmişdi. Bu, 2005-ci ilin parlament seçkiləri öncəsi idi. Həmin dönəmdə onlarla sahibkar namizədliyini irəli vermişdi ki, günü bu gün də həmin sahibkarlardan parlament kürsüsündəki mövqeyini qoruyanlar var. Amma Baba Tağıyevə bu, müəssər olmadı. O, ikinci dəə deputat ola bilmədi. Ki, bunun da səbəbləri «Avropa Qapıları» şefinin hazırda həbsdə saxlanılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə olan əlaqələridir. Qeyd edək ki, 2005-ci ilin parlament seçkilərində sahibkarların fəallığı prosesinə Fərhad Əliyev rəhbərlik etsə də, kreçmiş naziri prosesi yekunlaşdıra bilmədi və onu seçkilərdən əvvəl - həmin ilin 17 oktyabrında «dövlət çevrilişinə cəhd»də ittiham edərək həbs etdilər. Amma rəsmi Bakı sahibkarlarla bağlı planından tam olaraq imtina etmədi ki, bunun da nəticəsində Baba Tağıyev kimi iş adamları deputat mandatı əldə edə bilmişdi. Amma sonuncu parlament seçkilərində, yəni 2010-cu il seçimlərində Baba Tağıyevə mandat rəva görülmədi ki, bu da onun keçmiş nazirə bağlılığı ilə izah olunmaqdadır. İndii isə Baba Tağıyev ictimai fəallığını qorumaqdadır ki, bu da onu hədəfdə saxlayan antifərhadəliyevçi qüvvələrin marağında deyil. Bu barədə danışan mənbəmiz bildirir ki, Baba Tağıyevə bu günlərdə «yerində otur» ismarıcı da göndərilib. Mənbəmizin söylədikləri: «Hətta bildirilib ki, əgər gedib qapılarını satmaqla məşğul olmasa, ona ən yaxşı halda ölkədən başını götürüb qaçma şansı tanınacaq». Bütün tərəfləri dinləməyə hazırıq. Geri qayıt |