Əsas Səhifə > Güney Press, Üçüncü sektor > REKTOR MƏHKƏMƏDƏ CAVAB VERMƏLİDİR

REKTOR MƏHKƏMƏDƏ CAVAB VERMƏLİDİR


19-07-2012, 13:09
REKTOR MƏHKƏMƏDƏ CAVAB VERMƏLİDİR

JURNALİSTDƏN MƏHKƏMƏ ƏSASLI SƏNƏDLƏR İSTƏYİB

İyulun 19-da 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunmuş jurnalist Elmin Bədəlovun şikayəti üzrə hazırlıq iclası keçirilib. “Media forum” saytı xəbər verir ki, məhkəməyə hakim Qurban Abbasov sədrlik edib.

Elmin Bədəlov 2010-ci il yanvarın 19-da Neft Akademiyasından qovulub. O, təhsil aldığı akademiya haqqında mətbuatda yazdığı tənqidi məqalələrə görə bu ali təhsil ocağından qovulduğunu iddia edir. Elmin Bədəlov yerli məhkəmələrə müraciət etsə də, indiyədək onun təhsil hüququ bərpa edilməyib.

Hazırlıq iclasında gənc jurnalist son təhsil ili müddətində akademiyadan kənarlaşdırıldığı üçün yeni dərs ilində ali məktəbə bərpa olunmasını istəyib: “Ali məktəbdən kənarlaşdırılma səbəbim üç imtahandan olan kəsirlə əsaslandırılaraq protokollaşdırılıb. Lakin ötən il mən akademiyanın komissiyasında imtahan verdim, komissiya nümayəndələri cavablarımı yetərli hesab etmədiklərini bildirərək ali məktəbə bərpama razılaşmadılar”.

Hakim Dövlət Neft Akademiyası rəhbərliyindən tələbənin təhsil ocağından uzaqlaşdırılma səbəblərini sübut edən əsaslı sənədlərin təqdim olunmasını istəyib.

Məhkəmə prosesi avqustun 1-ə təyin edilib.

Geri qayıt