Əsas Səhifə > Güney Press, Araşdırma > “HAFKA”NIN KOMANDASINDA İSTEFA

“HAFKA”NIN KOMANDASINDA İSTEFA


19-07-2012, 13:13
“HAFKA”NIN KOMANDASINDA İSTEFA

“BAKI”NIN BAŞ MƏŞQÇİSİ İSTEFA VERDİ

“Bakı” futbol komandasının baş məşqçisi Novruz Əzimov tutduğu vəzifədən istefa verib. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, Əzimov istefa ərizəsi ilə kluba müraciət edib. “Bakı” rəhbərliyi də 52 yaşlı mütəxəssisin istefasını qəbul edib. Baş məşqçi vəzifəsinə isə klubun idman direktoru Bojidar Bandoviç təyin olunub.

Qeyd edək ki, Novruz Əzimov martın 11-də Aleksandr Starkov istefaya göndərildikdən sonra “Bakı”da baş məşqçi səlahiyyətlərinin icrasına başlayıb. O, komandaya Azərbaycan Kubokunu qazandırdıqdan sonra baş məşqçi postuna təsdiqlənib. Lakin Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya “Mura”sına məğlubiyyət (0:0, 0:2) Əzimovun istefası ilə nəticələnib.

Geri qayıt