Əsas Səhifə > Sosial, Manşet > TƏHSİL SİSTEMİNDƏ İSLAHATLAR GÖZLƏNİLİR
TƏHSİL SİSTEMİNDƏ İSLAHATLAR GÖZLƏNİLİR26-10-2011, 13:33 |
İKİ REKTOR MƏHZ ANTİKORRUPSİYA SİYASƏTİNİN QURBANI OLACAQ DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, hakim düşərgədə təhsil sistemi ilə bağlı ciddi islahatların həyata keçirilməsi yönündə qəti qərar mövcuddur. Və ən üst səviyyədə verilən qərara görə, təhsillə bağlı struktur islahatları ilə yanaşı, həm də kadr islahatlarına önəm veriləcək. Onu da xatırladaq ki, bu məlumatımızın ardından Misir Mərdanovun naziri olduğu bu istiqamətdə çox ciddi çalxalanmalar baş verdi və hətta cərəyan edən olayların Misir Mərdanovun özünü də yıxacağı gözlənilsə də, son anda TN şefi «kəfəni yırtmağa» müvəffəq oldu. Halbuki bu olayları qabaqcadan mətbuata dolayı yollarla çatdıran Misir Mərdanov «mən də istefaya gedə bilərəm, Azərbaycanda təhsil naziri postuna məndən də layiqli adamlar var» şəklində açıqlaması ilə hiss etdirmişdi ki, vəziyyəti çox gərgindir. Amma yenə də bu gün Azərbaycan təhsilində eybəcər atmosferin qalmasında maraqlı olan qüvvələr Misir Mərdanovun toxunulmazlığının müddətini də uzatmış oldular. Nəticədə üç müavinini itirən TN şefi yenə də vəziyə başında saxlanıldı. Doğrudur, mətbuatda yer alan informasiyalarda qeyd olunur ki, Misir Mərdanov həmin dalğa nəticəsində özünün bir sıra səlahiyyətərindən məhrum olub, hətta bu gün nazirliyin yeni nazir müavini Qulu Novruzov tərəfindən idarə edildiyini iddia edənlər də var. Amma buna rəğmən, fakt ondan ibarətdir ki, Misir Mərdanov yenə də görəv başındadır. Və yenə də bu adamın görüntüsü altında Azərbaycan təhsilinə ayrılan milyonlar talanmaqda, Azərbaycan təhsilinin evi yıxılmaqdır. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) Nazirlər Kabinetindəki mötəbər qaynaqlardan ötürülən informasiyada isə bildirilir ki, Misir Mərdanovun görəv başında qlıb-qalmamasından asılı olmayaraq, əvvəlcədən planlaşdırılan islahatlar - xüsusən də kadr islahatları mütləq həyata keçiriləcək. Bu barədə etibarlı mənbəmizin redaksiyamıza söylədikləri: «İlk əvvəl kadr islahatlarının ali məktəblərdə həyata keçirilməsi planlaşdırılır. Hakimiyyət ya zəlzələdən, ya da vəlvələdən anlayır ki, bu şəkildə təhsilə yanaşma nəinki təhsil sistemini, ümumilikdə olaraq Azərbaycanın gələcəyini böyük təhlükələrə aparır. Ona görə də islahatlar zəruri və qaçılmaz hesab olunur». Mənbəyə görə, son zamanlar maaşlarının artırılması istiqamətində ciddi addımlar atılan ali məktəb müəllimlərinin rüşvətdən kənar tutulması məqsədilə, bu istiqamətdə çox ciddi planların icrası nəzərdə tutulur: «Təbii ki, ilk növbədə əksər ali məktəblərdə rəhbər dəyişiklikləri həyata keçirilməlidir. «Balıq başdan iylənər» deyiblər. Və bu gün rektorlar dərs deyən müəllimlərdən pul tələb etməsələr, onlar da tələbələrdən rüşvət almazlar. Ən azından səbəblərdən biri budur». Buna görə, bir neçə ali məktəb rektorunun görəvdən alınacağını bildirən mənbəmiz vurğuladı ki, artıq iki ali məktəblə bağlı qəti qərar verilib: «Bunlardan biri Slavyan universitetidir, digəri də Texniki universitet». Mənbəmizə görə, artıq hər iki ali tədris ocağına təyin ediləcək yeni rektorların kimlikləri də məlumdur. Geri qayıt |