Əsas Səhifə > Dünya > “DÜŞMƏNLƏR GÖYDƏN DAŞ VƏ GÜLLƏ YAĞDIRSALAR DA”...
“DÜŞMƏNLƏR GÖYDƏN DAŞ VƏ GÜLLƏ YAĞDIRSALAR DA”...26-10-2011, 13:41 |
ƏHMƏDİNEJAD SƏRT DANIŞDI İranın Cənubi Xorasan əyalətinin mərkəzi Bircənd şəhərinə səfər edən prezident Mahmud Əhmədinejad oktyabrın 25-də əhali qarşısında danışıb. “Media forum” saytının məlumatına görə, Əhmədinejad deyib ki, hakimiyyət daxilindəki bəzi müxalifləri istər-istəməz düşmənə qulluq göstərir: “Bəzi şəxslər işlərin yaxşı getməsinə yardım göstərmək əvəzinə ardıcıl bəhanələr yaradır, hökumətə və ölkəyə hücum çəkirlər. Onlar onu-bunu günahlandıraraq daima daş atır, işlərin icra olunmasına mane olurlar. Mən və həmkarlarım İranın quruculuğu uğrundakı fəaliyyətimizi davam etdirməkdə qərarlıyıq. Allaha and olsun ki, düşmənlər göydən daş və güllə yağdırsalar da, xalqa nökərçilikdən və ölkəyə qulluq etməkdən əl çəkməyəcəyik. Müxaliflərimə bildirirəm ki, sizin mənimlə probleminiz var. Lakin xalqla probleminiz olmamalıdır. Ürəyiniz nə istəyir, bizə qarşı danışırsınız. Biz cavab vermirik. Ancaq bilin ki, bu xalq ayıqdır və vaxtı çatanda müxaliflərimi və ölkənin inkişafına mane olmaq istəyən hər kəsi iki saniyədə ortadan götürəcək”. Geri qayıt |