Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏDİN DİZİ BÜKÜLÜR

BƏŞƏR ƏSƏDİN DİZİ BÜKÜLÜR


20-07-2012, 13:17
BƏŞƏR ƏSƏDİN DİZİ BÜKÜLÜR

SURİYA MÜXALİFƏTİ SƏRHƏDYANI ƏRAZİLƏRİ ƏLƏ KEÇİRİB

Suriyada müxalifətçilər ölkənin İraq və Türkiyə ilə sərhəd məntəqələrini ələ keçirdiklərini bildiriblər. Bu zaman 21 hərbçinin öldürüldüyü qeyd edilir.

İraqın Daxili İşlər nazirinin müavini Adnan al Assidi də Azad Suriya Ordusunun Suriya ilə İraq arasındakı bütün keçidləri ələ keçirdiyini deyib. Ancaq bunu müstəqil mənbələrlə təsdiqləmək mümkün olmayıb.

Paytaxt Dəməşqdə isə iri hərbi əməliyyatlar keçirilir. Hökumət əməliyyatlarda tanklardan, toplardan, ağır silahlardan və helikopterlərdən istifadə edir. Bu silahlar ölkədə 16 aydır davam edən qanlı toqquşmalardan bəri ilk dəfədir istifadə olunur.

Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun verdiyi məlumata görə, Dəməşqin müxtəlif yerlərində 71 nəfər ölüb, çoxlu yaralananlar var.

BASHAR ASSAD PARTLAYIŞDAN SONRA İLK DƏFƏ GÖRÜNÜB

Suriyanın dövlət televiziyası isə çərşənbə günü Dəməşqdə törədilmiş partlayışdan sonra ilk dəfə prezident Bashar Assadi göstərib. Görüntülər yeni müdafiə naziri Fahd Jassim al Freijin təyinatı mərasimindən olub.

Bu arada dünən – iyulun 19-da Rusiya ilə Çin BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnamə layihəsinə veto qoyublar.

Qərb ölkələrinin təklif etdiyi qətnamə layihəsində BMT-nin bu ölkədəki müşahidəçilər missiyasının genişləndirilməsi və prezident Bashar Assadın 10 gün ərzində hərbi əməliyyatları dayandırmayacağı halda Suriya rejiminə qarşı yeni sanksiyalar tətbiq edilməsi nəzərdə tutulurdu.

Suriyalı fəallar bir ildən çoxdur ki, davam edən qanlı toqquşmalarda 17 mindən çox adamın öldürüldüyünü deyirlər.

Geri qayıt