Əsas Səhifə > Güney Press, Araşdırma > BADIMCAN TAKSİLƏRİ NİYƏ 1 MANATIMIZI YEYİR?
BADIMCAN TAKSİLƏRİ NİYƏ 1 MANATIMIZI YEYİR?20-07-2012, 13:21 |
NN-DƏN BUNUN NORMATİV OLDUĞU DEYİLİR Yeni taksilərdən istifadə etmək istəyən sərnişin, avtomobilə əyləşərkən onun yol xərcinə dərhal 1 manat yazılır. Bundan sonra isə sərnişinin getdiyi yolun hər kilometrinə uyğun olaraq 70 qəpik ödəyir. Lakin avtomobilə əyləşərkən sayğaca ilkin yazılan 1 manat isə gedilən yolun pulundan əlavə hesablanır. Gediş haqqından əlavə hesablanan 1 manatla bağlı Nəqliyyat Nazirliyinin rəsmi mövqeyini öyrənməyə çalışdıq. FaktXeber.com-a açıqlama verən Nəqliyyat Nazirliyinin müavini Namiq Həsənov, bunu dünyada qəbul edilən norma olduğunu bildirdi: “Taksiyə əyləşən kimi hesablanan 1 manat bütün dünyada qəbul edilmiş bir normadır. 1 manat taksini saxlatmaq xidmətinə görə verilir. Necə ki, banklara cərimələr ödənilərkən bank xidmətinə görə, pul ödənilir. Taksiyə də əyləşərkən verilən 1 manat buna bənzəyir.” Dünya və Avropa ölkələrində də məsələnin taksi saxlatma xidmətinə görə pulun ödənildiyini vurğulayan Namiq Həsənov, bunun dünyada qəbul edilən bir norma olduğunu bildirdi. Geri qayıt |