Əsas Səhifə > Dünya > DƏMƏŞQDƏKİ TERRORU KİM TÖRƏDİB?

DƏMƏŞQDƏKİ TERRORU KİM TÖRƏDİB?


20-07-2012, 14:04
DƏMƏŞQDƏKİ TERRORU KİM TÖRƏDİB?

SURİYA ABŞ VƏ İSRAİLİ SUÇLU BİLİR

Dəməşqdəki terror aktları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və "Mossad"ın muzdluları tərəfindən törədilib.

SalamNews-un "FarsNews"a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl-Şərq Əl-Cədid” qəzetinə müsahibəsində Suriya Parlamentinin deputatı Usam Xəlil deyib. Onun sözlərinə görə, bu cinayət xüsusi xidmətlərə xarakterik imza daşıyır.

“Hücumun təşkil olunmasında güdülən məqsədlərdən təşkilatçıları və icraçıları asanlıqla müəyyənləşdirmək olar. MKİ və "Mossad"ın terror aktının törədilməsində əli var. Məhz bu xüsusi xidmət orqanları Suriyada təxribatlar təşkil edərək həmişə terror aktları və silahdan istifadə edirlər. Bu cür addımlara güc mövqeyindən yanaşmaq lazımdır. Suriya hökuməti ölkədə terrorizmin təzahürünü aradan qaldıracaq və Suriya hərbi rəhbərliyinin mövqeyini zəiflətməyə yönəldilmiş bu vəhşi cinayətin günahkarlarını cəzalandıracaq”, - deputat deyib.

Geri qayıt