Əsas Səhifə > Gündəm, Manşet > «PULU, ƏLİ HƏSƏNOV YEYİB, EVİNİ DƏ ONDAN TƏLƏB ELƏ»

«PULU, ƏLİ HƏSƏNOV YEYİB, EVİNİ DƏ ONDAN TƏLƏB ELƏ»


22-07-2012, 10:53
«PULU, ƏLİ HƏSƏNOV YEYİB, EVİNİ DƏ ONDAN TƏLƏB ELƏ»

QAÇQIN AİLƏSİ YENİ TİKİLƏN QƏSƏBƏDƏ İŞGƏNCƏ HƏYATI YAŞAMAQDADIR

DİA.AZ: - Hər halda, redaksiyamıza daxil olan bu faktlar da təsdiqləyir ki, hökumətin məcburi köçkün ailələri üçün tikib, bəh-bəhlə lentini kəsdiyi yaşayış massivləri əslində onlar üçün növbəti işgəncədən başqa bir şey deyil. Elə DİA.AZ-a ünvanladığı şikayət məktubunda Ağdam rayon Bağbanlar kənd sakini, hazırda Ağdam rayon Dördyol-1 qəsəbəsində məskunlaşmış Ağayev Qənimət İsmayıl oğlu da yaşadığı həyatın zülmə bərabər olmasından gileylənir.

Şikayətçi bildirir ki, məcburi köçkün ailələri üçün yeni tikilmiş həmin qəsəbədə ona verilən 1327 saylı ev elə ilk günündən, yəni onun köçdüyü gündən qəzalı vəziyyətdədir. Yəni hökumətimiz bir ailəni rəsmən təhlükə altına atıb və evin hər an uçma təhlükəsi var.

Məktubda deyilir: «Neçə müddətdir ki, evimin qəzalı vəziyyətiylə bağlı aidiyyatı orqanlara müraciət etsəm də, şikayətimə baxan yoxdur. Yalnız iki il əvvəl, uzun-uzadı şikayət məktublarımın ardından gəldilər və başdan-sovdu şəkildə evimi təmir etdilər. Amma bunun adına təmir yox, qəzalı evinq kamufulyaj edilməsi demək olardı. Çünki ev yenə də başımıza çökür».

Qənimət Ağayev bildirir ki, o, bu problemi ilə bağlı qəsəbənin kommunal xidmətinin rəhbəri İlya Cəfərova dəfələrlə müraciət etsə də, onun şikayəti yenə də qulaqardına vurulub: «İlya Cəfərov mənə bildirdi ki, sənə ev tikən deyiləm, Evi Ayaz Orucovla Əli Həsənov (Qaçqın və Məcburi Köçkünlərlə itş üzrə Dövlət Komitəsinin sədri nəzərdə tutulur -red.) tikib. Pulu da onlar yeyib. Mən sənə nə üçün ev tikməliyəm?»

Onu da bildirək ki, DİA.AZ əməkdaşı Qənimət Ağayevin yaşadığı, əslində həyatını təhlükəyə atdığı həmin evdə olub və əməkdaşımızın çəkdiyi şəkillərdən də aydın olur ki, vətəndaş narazılığında nə qədər haqlıdır.

«PULU, ƏLİ HƏSƏNOV YEYİB, EVİNİ DƏ ONDAN TƏLƏB ELƏ»
«PULU, ƏLİ HƏSƏNOV YEYİB, EVİNİ DƏ ONDAN TƏLƏB ELƏ»
«PULU, ƏLİ HƏSƏNOV YEYİB, EVİNİ DƏ ONDAN TƏLƏB ELƏ»
«PULU, ƏLİ HƏSƏNOV YEYİB, EVİNİ DƏ ONDAN TƏLƏB ELƏ»
«PULU, ƏLİ HƏSƏNOV YEYİB, EVİNİ DƏ ONDAN TƏLƏB ELƏ»
«PULU, ƏLİ HƏSƏNOV YEYİB, EVİNİ DƏ ONDAN TƏLƏB ELƏ»

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt