Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AZƏRBAYCAN-KIBRIS TÜRK CƏMIYYƏTİ TƏQDİMAT KEÇİRDİ
AZƏRBAYCAN-KIBRIS TÜRK CƏMIYYƏTİ TƏQDİMAT KEÇİRDİ22-07-2012, 11:36 |
QURUM “20 İYUL KIBRIS BARIŞ HƏRƏKATI”NI DA QEYD EDİB DİA.AZ: - Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti 20 iyul saat 15-00-da təşkilatın yaranması ilə bağlı təqdimat mərasimi və “20 iyul Kıbrıs Barış Hərəkatı”nın 38-ci ildönümünü qeyd edib. Tərlan Akçayın aparıcılığı ilə “Nicat” Şadlıq Sarayında keçirilən tədbirdə ölkənin tanınmış siyasi və elm xadimləri, yerli və diaspor təşkilatlarının rəhbərləri, müxtəlif türk topluluqlarının nümayəndələri, o cümlədən incəsənət ustaları, gənclər və jurnalistlər iştirak edib. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Azərbaycan və Quzey Kıbrıs Türk Cümhuriyyətinin himnlərinin oxunması və Şəhidlərin ruhuna sayqı duruşu ilə başlayan tədbirin birinci hissəsi rəsmi xarakter kəsb edib. Təşkilatın həmsədrləri Seymur Həsənli (Azərbaycan), Mehmet Akçay (Türkiyə), Cəfər Mənsimi (Kıbrıs) çıxış edərək təşkilatın yaranma məqsədi, həyata keçirəcəyi işlər haqqında məlumat veriblər. Seymur Həsənli bildirib ki, Azərbaycan-Kıbrıs Türk Cəmiyyəti “Qardaşını tanı və tanıt” fəlsəfəsi ilə yola çıxmış bir təşkilatdır. “Türk Dünyası parçalandıqdan sonra müxtəlif türk dövlətləri yaranmış, onların bəziləri müstəqil respublika, bəziləri isə müxtəlif dövlətlərin tərkibində muxtariyyət formasında varlığını qoruyub saxlamaqdadır. Quzey Kıbrıs Türk Cümhuriyyəti yarandığı gündən dünya tərəfindən siyasi olaraq tanınmamaqla, müxtəlif embarqoların qoyulması ilə təcrid duruma düşmüşdür. Azərbaycan-Kıbrıs Türk Cəmiyyətinin məqsədi Quzey Kıbrıs Türk Cümhuriyyəti ilə Azərbaycan Cümhuriyyəti arasında bütün əlaqələrin ən yüksək səviyyədə inkişafına töhfə verməkdir. Bu istiqamətdə bütün ictimai təşkilatları, partiyaları, ayrı-ayrı tanınmış fərdləri səfərbər edərək qarşılıqlı münasibətlərdə onların imkanlarından yararlanmaqdır. Təşkilatın əsas hədəf obyekti iki türk dövləti gənclərinin Xəzərlə Ağ dəniz arasında körpü quruculuğunda inkişafını stimullaşdırmaqdır.” Mehmet Akçay iştirakçılara 20 iyul Quzey Kıbrıs Barış Hərəkatının tarixi haqqında məlumat verilib. Cəfər Mənsimi çıxışında təşkilatın yaranması haqqında Azərbaycanın 50, Türkiyənin 60, Kıbrısın 20 media qurumu məlumat dərc etdiyini diqqətə çatdırıb. Quzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri Zeki Qazioğlu yeni yaranmış təşkilata fəaliyyətində uğurlar arzulayıb. “Azərbaycan və Türkiyə nə qədər güclənərsə, Quzey Kıbrısda türk bayraqlarının dalğalanması bir o qədər davam edər. Belə bir cəmiyyətin yaranması Kıbrıs üçün çox önəmlidir. İnanıram ki, qarşılıqlı münasibətlərin inkişafında və Kıbrısın tanıdılmasında təşkilat önəmli işlər görə biləcək.” Türk Xalqları Ümumdünya Assambleyasının I vitse-prezidenti, general Yəhya Əliyev, Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi mədəniyyət departamentinin rəhbəri Şahin Verdiyev, “İbad” Vətənpərvərlik Birliyinin sədri, polkovnik Məhəmməd Qədirov, Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli və digər qonaqlar çıxış edərək yeni yaranmış təşkilata fəaliyyətində uğurlar arzu ediblər. Tədbirdə Milli Dirçəliş Hərəkatı Partiyası, Milli Demokrat Partiyası, Musavat, Klassik Xalq Cəbhəsi Partiyası, Açıq Cəmiyyət, Yeni Azərbaycan Partiyası, Dünya Azərbaycanlıları Konqresi, Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzi, Milli Düşüncə İnstitutu, “Sayokan” Döyüş Növləri mərkəzi, “Gənclərin Töhfəsi”, “Gənc Liderlər”, "Miras" və s. təşkilatların nümayəndələrinin, Milli Elmlər Akademiyasının, Azərbaycan Yazıçılar Birliyi üzvlərinin iştirakı ilə 170-dən artıq qonaq qatılmışdı. Tədbirin ikinci hissəsində Azərbaycanın əməkdar artist Bəsti Sevdiyeva, Nuriyyə Hüseynova, vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı, Əlirza Amanbəyli və bır sıra tanınmış sənətkarların ifasında bədii gecə də keçirilib. Aysel Həsənli Geri qayıt |