Əsas Səhifə > Güney Press, Araşdırma > SALYANDA TÜKÜRPƏDƏN OLAY
SALYANDA TÜKÜRPƏDƏN OLAY22-07-2012, 12:27 |
ATA CANINI TAPŞIRIR, QIZLARI BUNDAN XƏBƏRSİZ... “Onlar imtahan verən gün ataları dünyasını dəyişir, lakin bu ölümü qızlardan gizlətməyə məcbur olurlar” DİA.AZ bildirir ki, bu gün “Qafqazinfo”nun redaksiyasına Salyan rayonunda baş verən qəmli bir hadisənin hekayəti göndərilib. Həmin hekayətdə söhbət Qarabağ qazisinin yaralı arzularından və onun qızlarının ali məktəb imtahanlarında göstərdikləri nəticələrdən gedir. Sevinc və göz yaşından ibarət bu hekayətin qıza məzmununu oxuculara da çatdırırıq. “Cəmaləddini hələ uşaqlıqdan tanıyırdım. Mərdliyi və həqiqətpərəstliyi ilə həmişə seçilərdi. Qarabağ müharibəsi başlayanda Salyan Avtomobil Təmir Stansiyasında çox bacarıqlı bir çilingər idi. 1992-ci ildə ilk könüllülər batalyonununa qoşularaq müharibəyə yollandı. Topçu idi. Ağır döyüşlərin birində Cəmaləddin ağır da yaralandı. Başından ciddi kontuziya almışdı, sol qolu qəlpələrlə dolu idi. O, II qrup Qarabağ əlili oldu. Aldığı kontuziyadan bərk əziyyət çəkirdi. Sonra Cəmaləddinin Şövkət və Kəmalə adlı qızları dünyaya gəldi. Camalın ən böyük arzusu qızlarını ali təhsilli görmək idi. Amma 1 ay əvvəl onun səhhəti kəskin pisləşdi. Məlum oldu ki, qaraciyəri sağalmaz xəstəliyə düçar olub. İyulun 12-də Cəmaləddini Bakıya xəstəxanaya, qızlarını qəbul imtahanı vermək üçün xalasıgilə həyat yoldaşı Gültəkin gətirmişdi. Elə həmin axşamın Camal xəstəxanada dünyasını dəyişir. Ertəsi gün III ixtisas qrupunda test imtahanları verəcək qızlarına ana atalarının ölüm xəbərini demir. İyulun 14-də Salyan şəhərində Camala yas mərasimi keçirilərkən Kəmalə və Şövkət bundan xəbərsiz test imtahanları veribər. Nəticədə Kəmalə 606, Şövkət isə 429 bal toplayıb. İndi atalarını arzusuna çatdırmış Kəmalə hüquqşünas, Şövkət isə ingilis dili müəlliməsi olmaq arzusundadır”. Geri qayıt |