Əsas Səhifə > Partiya > “BUNLAR İSLAMLA NƏ ETMƏK İSTƏYİRLƏR?

“BUNLAR İSLAMLA NƏ ETMƏK İSTƏYİRLƏR?


22-07-2012, 13:35
“BUNLAR İSLAMLA NƏ ETMƏK İSTƏYİRLƏR?

İSLAMÇILARIN HAKİMİYYƏTƏ SUALLARI VAR

DİA.AZ: - Azərbaycan İslam Partiyası həbsxanada vəfat etmiş AİP-in sədr müavini Vaqif Abdulayevin hüquqlarının müdafiəsinə dair mətbuat konfransı keçirib. Tədbirdə Vaqif Abdullayevin vəkili Anar Qasımlı, partiya funksionerləri və media nümayəndələri iştirak ediblər.

DİA.AZ “faktxeber.com”a istinadən bildirir ki, ilk öncə çıxış edən AİP-in sədr müavini Akif Heydərli, AİP funksionerlərinə qarşı baş verən bütün basqıların və həbslərin arxasında Mövsüm Səmədovun iqtidarın əleyhinə etdiyi sərt çıxışı durduğunu bildirdi: “Görünür AİP liderinin çıxışını hakimiyyət bəyənməyib. Onlara qarşı irəli sürülən ittihamların hamısı saxtadır. Hazırda məhbusların saxlanma şəraiti ciddi narahatçılqı doğurur. Vaqif Abdullayev də məhz saxlanma şəraitinə görə tez vəfat etdi. Belə ki, bronxit-asmadan və ürək ağrılarından əziyyət çəkən şəxsin qumlu və tozlu bir ərazidə yerləşən həbsxanaya köçürülməsi və xüsusilə ömrünün son anlarında ailə üzvlərinin yanına buraxılmaması tamamilə humanizmə zidd ola bir əməl idi. Eyni halda Vaqif Abdullayevin 15 gün ərzində vəziyyətinin pisləşərək birdən –birə ölməsi hələ də müəmma olaraq qalır. Bu ona qarşı tibbi qulluğun hansı səviyyədə olmasından xəbər verir.”

Akif bəy onu da qeyd etdi ki, Vaqif Abdullayev öz əqidəsində uğrunda şəhid olan bir şəxs kimi xalqın mübarizə simvoluna çevriləcək.

Sonra çıxış üçün söz AİP-in sədr əvəzi Elçin Manafova verildi. AİP sədri qeyd etdi ki, Vaqif Abdullayevin ölümü müəmmalı suallar canlandırdı: “O, haqq yolunda şəhid olmaqla xalqa və AİP-ə başucalığı, fəxarət hissi gətirdi. Eyni halda insanlarda ruh yüksəkliyi yaratdı. Bu günə qədər yalnız hicab məhbusumuz var idi. Artıq bundan sonra fəxarətlə deyə bilərik ki, hicab şəhidimiz də var.

Tədbirdə çıxış edən İslamçı Məhbusların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimli Vaqif Abdullayevin partiyanın ikinci şəhidi olduğunu bildirdi: “Bundan öncə Hacı Kəbləğa həbsxanada döyülərək şəhid edilmişdi. Əgər Kəbləğa fiziki cəhətdən zorakılığa məruz qalaraq şəhid edilmişdisə, Vaqif Abdullayev mənəvi işgəncələrə məruz qalaraq şəhədətə yetişdi. Belə ki, ona qarşı hər hansı bir əsas və dəlil gətirilmədən 11 il müddətinə iş kəsilmişdi. Lakin Vaqif Abdullayevin ölümü bu günə qədər müəmmalı olaraq qalır.”

Sonda çıxış edən AİP-in sədr müavini Rövşən Əhmədli dövlətin vətəndaşlara qarşı bu cür aqressiyasının yol verilməz olduğunu bildirdi: “ Əvvəla bilmək istərdik ki, bunlar islamla nə etmək istəyirlər? Zindanda baş verənlər artıq bizi gələcəyə optimisit baxmaqdan çəkindirib. Hakimiyyət bu cür mövqeyini dəyişməlidir. ”

Geri qayıt