Əsas Səhifə > Gündəm, Manşet > YENİ BULVAR: NEFT PULLARININ SOVRULDUĞU ÜNVAN
YENİ BULVAR: NEFT PULLARININ SOVRULDUĞU ÜNVAN23-07-2012, 11:58 |
HACIBALA ABUTALIBOV ƏLAVƏ VƏSAİT - ƏLAVƏ YEYİNTİ İMKANI İSTƏYİR DİA.AZ: - «Avroviziya-2012» mahnı yarışması səbəbindən tələm-tələsik şəkildə istifadəyə verilən Dənizkənarı Milli Parkın yeni Bulvar ərazisi yenidən inşaat meydançasına dönüşüb. Bu isə həm istirahətə gələnləri narahat edir və həm də dövlətin pullarının yenidən havaya sovrulması təəssüratını yaradır. Belə ki, ilkin hazırlıq dönəmində yeni bulvar ərazisinə döşənmiş bahalı piltələr, artıq yük maşınlarının ora-bura şütüməsi səbəbindən sıradan çıxıb. Bu da azmış kimi, yeni bulvar ərazisində vətəndaşların istirahəti üçün təklif edilən sərnişin qatarları da həmin piltələrin evini yıxmaqdadır. DİA.AZ əməkdaşının müşahidələrindən də aydın olur ki, artıq böyük bir ərazi vətəndaşların hərəkəti üçün yararsız hala düşüb. Bununlat bağlı redaksiyamıza məlumat verən Bakı şəhər İcra Hakimiyyətindəki qaynaqların bildirdiyinə görə, əslində burada günahı bir başqa ünvanda axtarmaq yersizdir: ««Avroviziya» yarışmasına yetipşmək üçün bütün işlər tələm-tələsik surətdə həyata keçirildi. Vaxt darlığından görülən iş keyfiyyətsiz oldu. Amma bir-iki əcnəbi turistin rahatçılığı naminə düşünmədilər ki, dağıdılan dövlətin pullarıdır. Hansı pullar ki, xalqa çatmalı idi». Mənbəmiz bildirir ki, icra hakimiyyəti yeni bulvar ərazisinin sıradan çıxmasının qarşısının alınması üçün yenidən hökumət rəhbərliyinə əlavə pulların ayrılması üçün müraciət edib: «Təbii ki, yenə də yeyinti olacaq. Necə ki, Dövlət Bayraq Meydanının inşa edilməsinə bir neçə dəfə on milyon manat ayrıldı, indi də yeni bulvar ərazisi büdcə pullarının havaya sovrulduğu məkana çevrilib». Geri qayıt |