Əsas Səhifə > Dünya > HƏLƏB HƏLƏB OLALI, BELƏSİNİ GÖRMƏDİ...

HƏLƏB HƏLƏB OLALI, BELƏSİNİ GÖRMƏDİ...


23-07-2012, 12:36
HƏLƏB HƏLƏB OLALI, BELƏSİNİ GÖRMƏDİ...

DƏMƏŞQ VƏ HƏLƏBDƏ AĞIR DÖYÜŞLƏR GEDİR

Suriyanın iki böyük şəhəri - paytaxt Dəməşqdə və Hələbdə döyüşlər gedir.

Suriya əsgərləri bazar günü Dəməşqin Mezzeh rayonunda azı 20 silahsız adam öldürüb.

Reuters agentliyinin xəbərinə görə, hərbçilər onların üsyançılara rəğbət göstərməsindən, onlara yardım göstərmələrindən şübhələniblər. Suriya hüquq müdafiəçilərinin məlumatına görə, küçələrdən 20-30 yaşlarında olan iyirmiyə yaxın kişi meyiti yığıblar.

Hökumət qoşunları Dəməşqin Barze rayonunu və ona bitişik iki məhəlləni ağır silahlardan atəşə tutublar. Müxalifətçilər bildiriblər ki, elə həmin gün hökumət qoşunları müxalifət tərəfdarlarını Dəməşqin Mezze rayonundan sıxışdırıb çıxardıblar.

Hələb şəhərində də ağır döyüşlər getməsi haqqında xəbərlər gəlir. Hələb şəhərində müxalifətçilər prezident Bashar Assadin atası Hafez Assadin heykəlini uçurdublar.

Geri qayıt