Əsas Səhifə > Şou-biznes > GÖYDƏN DÜŞMƏK DƏ PEŞƏYƏ ÇEVRİLİR
GÖYDƏN DÜŞMƏK DƏ PEŞƏYƏ ÇEVRİLİR23-07-2012, 12:44 |
GÖYDƏN DÜŞƏN RÖYA SƏHNƏNİ "DAĞITDI" 22 iyul Milli Mətbuat Günündə estradanın məhşur müğənnisi Röya Ayxanla Rusiyanın tanınmış ifaçısı Leonid Aqutinin “Bakı-Moskva” konserti baş tutub. “Buta Palace”da keçirilən konsert maraqlı anlarla yadda qalıb. Milli.Az-ın məlumatına görə, öncə səhnəyə rusiyalı ulduz Leonid Aqutin çıxıb. Müğənni paytaxtımızı çox bəyəndiyini və Röya ilə eyni səhnəni bölüşdüyü üçün zövq aldığını söyləyib. Sevilən mahnılarını tamaşaçılara təqdim edən Aqutin daha sonra səhnəyə Röyanı dəvət edib. Azərbaycanlı ulduz səhnəyə daxil olduqda əsl şou başlayıb. Özünün məşhur “Röyayam” mahnısı ilə göydən səhnəyə enən xanım Ayxan repertuarından 25 mahnı səsləndirib. Röya solo çıxışı ilə yanaşı, uzun illər dostluq etdiyi həmkarları ilə də duet ifa edib. “Şeron” qrupu, Zamiq Hüseynov, Samir Cavadzadə, Niyam Salami və Samira Allahverdi ilə səhnəni bölüşən Röya tamaşaçıları ötən illərə qaytarıb. Möhtəşəm səhnə effektləri və peşəkar rəqqaslarla diqqət çəkən şounun aparıcısı Nəsib Nur idi. Onu da bildirək ki, gecədə əməyi keçənlər sırasında Röyanın yaxın həmkarları da var idi. Belə ki, konsertin rejissoru müğənni Rəhim Rəhimli, musiqi tərtibatçısı Zamiq Hüseynov, layihənin prodüseri isə Kənan Bayramov idi. 10 nəfər musiqiçi və 3 nəfər bekvokalla tamaşaçıların qarşısına çıxan Röya ilin konsertini vermiş oldu. Geri qayıt |