Əsas Səhifə > Dünya > ƏHMƏDİNEJADIN SÜRƏSİ DOLMAQ ÜZƏRƏDİR

ƏHMƏDİNEJADIN SÜRƏSİ DOLMAQ ÜZƏRƏDİR


23-07-2012, 12:57
ƏHMƏDİNEJADIN SÜRƏSİ DOLMAQ ÜZƏRƏDİR

İRANDA SEÇKİLƏRƏ TƏDARÜK GÖRÜLÜR

İranın Daxili İşlər Nazirliyinin seçkilər üzrə idarəsi artıq 2013-cü ildə XI çağırış prezident seçkiləri və IV çağırış Şəhər və Kənd İslami şuraları seçkilərinin keçirilməsi üçün plan hazırlayıb. Bunu İran DİN-in seçkilərin keçirilməsi üzrə idarəsinin rəhbəri Həsənəli Nuri deyib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Nuri deyib ki, bu idarənin işi keçiriləcək seçkilər üçün proqram və planı hazırlamaqdır.
Hazırda keçiriləcək seçkilərin tarixinin dəqiqləşməsi istiqamətində işlər gedir, seçkinin keçiriləcəyi gün dəqiqləşdikdən sonra əyalətlər üzrə seçki qərargahlarının təşkilinə başlanacaq.

İranda prezident seçkiləri 2009-cu il iyunun 12-də keçirilib. 2005-ci ildə ilk dəfə prezident seçilən hazırkı prezident Mahmud Əhmədinejad 2009-cu ildə keçirilmiş mübahisəli prezident seçkisində yenidən qalib elan edilib. Onun rəqibləri olan Yaşıl Hərəkatın başçıları Mir Hüseyn Musəvi və Mehdi Kərrubi seçkinin saxtalaşdırıldığını iddia edərək əhalini kütləvi etiraz aksiyaları keçirməyə çağırıb və həmin aksiyalar zamanı müxalifət liderləri ilə yanaşı Yaşıl Hərakatın onlarla üzvü həbs edilib.

İranda XI çağırış prezident seçkiləri 2013-cü ilin əvvəlində keçiriləcək.

Geri qayıt