Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KEÇMİŞ NAZİR AZƏRBAYCANI TƏRK EDİB
KEÇMİŞ NAZİR AZƏRBAYCANI TƏRK EDİB23-07-2012, 13:02 |
ƏVƏZ ƏLƏKBƏROVUN BU GÜN 60 YAŞI TAMAM OLUR Sabiq maliyyə naziri Əvəz Ələkbərovun bu gün doğum günüdür, onun 60 yaşı tamam olur. Modern.az saytının məlumatına görə, 1952-ci il iyulun 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulan Əvəz Ələkbərov 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisadçı ixtisası alandan sonra bir müddət Bakı Baş tikinti idarəsində mühasib-hesabdar işləyib. 1975-ci ildən 1981-ci ilə kimi Azərbaycan SSR Kənd Tikinti Nazirliyinin "Azərkəndquraşdırmatikinti" trestində iqtisadçı, böyük iqtisadçı, plan şöbəsinin rəisi, trest müdirinin iqtisadi məsələlər üzrə müavini işləyib. 1981-ci ildən 1991-ci ilədək Azərbaycan SSR Nazirlər müxtəlif vəzifələrdə çalışıb. 1991-ci ilin yanvarından dekabr ayına kimi yeni yaradılan SSRİ Pensiya Fondu Azərbaycan SSR bölməsinin müdiri olub, 1991-ci ilin dekabrından 1992-ci ilin oktyabrınadək Azərbaycan Respublikası Pensiya Fondu idarə heyətinin sədri işləyib. 1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verəndə və Heydər Əliyev hakimiyyətə gələndə Ə.Ələkbərov Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyirdi. Hakimiyyət dəyişikliyi ondan yan keçdi və Əvəz Ələkbərov Heydər Əliyevin komandasına daxil olaraq 1999-cu ilə kimi Dövlət Sosial Müdafiə Fondunun sədri postunda qaldı. O, ilk sosial sığorta haqqında qanunun müəlliflərindən biridir. Çoxsaylı dövlət və hökümət komissiyalarının üzvü olub. 1999-cu ilin iyulunda mərhum prezident onu maliyyə naziri vəzifəsinə təyin etdi. Ə.Ələkbərov bu vəzifədə 2006-cı ilin aprelinə qədər çalışdı. Lakin yeni prezident İlham Əliyevin komandasında möhkəmlənə bilmədi və vəzifəsini itirdi. İqtisad elmləri doktoru Ə.Ələkbərovun hazırda elmlə məşğul olduğu bildirilir. Ailəlidir, iki öğlu var. Ə.Ələkbərov vəzifədən getsə də, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olaraq qalır. Əvəz müəllim həm də YAP Nəsimi təşkilatının İdarə Heyətinin üzvüdür. Modern.az saytı sabiq maliyyə nazirini axtarıb-arasa da, onunla müsahibə götürmək cəhdlərimiz nəticəsiz qaldı. Dostlarından öyrəndik ki, Əvəz müəllim şəxsi işlərilə əlaqədar hazırda Azərbaycanda deyil, xarici ölkələrən birindədir. Onun avqustda Bakıya dönəcəyi bildirilir. Geri qayıt |