Əsas Səhifə > Partiya > PARTİYA SƏDRİ KORRUPSİYA İDARƏSİNDƏ

PARTİYA SƏDRİ KORRUPSİYA İDARƏSİNDƏ


23-07-2012, 13:18
PARTİYA SƏDRİ KORRUPSİYA İDARƏSİNDƏ

“GÜNDƏM XƏBƏR”Ə QARŞI İDDİA SİYASİLƏŞİR

DİA.AZ: - KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə çağrıldı.

“Qafqazinfo”ya partiyadan verilən məlumata görə, bu gün KXCP sədri Mirmahmud Mirəlioğluna Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Rəfail Süleymanovun imzası ilə Çağırış Vərəqəsi təqdim oluub. Çağırış Vərəqəsinə əsasən 112026126 saylı cinayət işinin istintaqı ilə əlaqədar bu gün saat 15.00-da idarəyə gəlməyi xahiş olunur.

KXCP sədrinin təşkilat məsələləri üzrə müavini Xəzər Teyyublu və əlaqələr üzrə müavin Fkrət Cəfərov da Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə çağrılıb.

DİA.AZ-a daxil olan məlumata görə, KXCP rəhbərliyinin KMİ-yə çağrılmasına nədən “Gündəm Xəbər” qəzetinə qarşı sözügedən idarədə cinayət işinin qaldırılması ilə əlaqədardır. Bildirək ki, qəzetin təsisçisi Şirin Cəfəri eyni zamanda KXCP fəalıdır.

Geri qayıt