Əsas Səhifə > Şou-biznes > "AİLƏ HƏYATINA ÖYRƏŞMƏYƏ ÇALIŞIRAM”

"AİLƏ HƏYATINA ÖYRƏŞMƏYƏ ÇALIŞIRAM”


23-07-2012, 13:50
"AİLƏ HƏYATINA ÖYRƏŞMƏYƏ ÇALIŞIRAM”

TANINMIŞ TELEAPARICIDAN ETİRAFLAR

"Bizim istirahətimiz işdən sonra Bakıda, dəniz sahilində keçir".

Tanınmış teleaparıcı Vüsalə Tağıyeva evlilik həyatı haqda Milli.Az-a danışıb:

"Ailə həyatına yavaş-yavaş öyrəşməyə çalışıram. Anamdan da uzaqda qalmamaq qərarına gəldim, çünki ona çox bağlıyam, həm də anamın bir dənəsiyəm, uzaqda ola bilmərəm. Ailə həyatının çətin məqamı isə çəkilişlərdən sonra yorğun gəlib evdə yemək hazırlamaqdır. Yoldaşımın xasiyyəti çox yaxşıdır, qısqanclıq mövzusunu biz artıq nişanlı olduğumuz an bağladıq, "ekstra" halları çıxmaq şərtilə (gülür)".

"Yay tətilini harada keçirəcəksiniz?" sualına isə aparıcı belə cavab verib:

"Dincəlməyimiz bir az həm ziyarət, həm ticarət oldu. Yoldaşım istanbulludur, toydan sonra "Xaricə gəzməyə hara gedək?" sualına avtomatik olaraq - "İstanbula" cavabı ağlımıza gəldi. Çünki iyunun 26-da İstanbulda toyumuz oldu.

Türkiyədəki toyuma gəlincə isə, həqiqətən də, bizim toy mədəniyyətimiz onlarınkından fərqlənir. Bizdəki təmtəraq, yeyib-içmək onlarda yoxdur. İki saat toy olar? Onun da sadəcə 1 saatı oynamaqla keçdi (gülür). Türkiyədəki toyumuzda soruşanda ki "Xaricə haraya gedirsiz?" yenə də avtomatik olaraq "Bakı" dedik, hər iki halda xaricdəyik (gülür).

Yəni bizim istirahətimiz işdən sonra Bakıda, dəniz sahilində keçir. Amma işlərin çoxluğundan tam istirahət edə bilmədim, yeni mövsüm başlayır, artıq ona hazırlaşırıq. Yeri gəlmişkən, iyulun 17-də mənə mükafat verildi. Qafqaz Media İctimai Birliyinin milli mətbuatın 137-ci ildönümü münasibətilə "Cəsarətli qələm" mükafatı ilə təltif olundum. Çox xoş oldu mənə, hamıya öz təşəkkürümü bildirirəm".

Geri qayıt