Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇISINDAN VƏTƏNDAŞA HƏDƏ MƏKTUBU (FOTO)

İCRA BAŞÇISINDAN VƏTƏNDAŞA HƏDƏ MƏKTUBU (FOTO)


23-07-2012, 14:23
İCRA BAŞÇISINDAN VƏTƏNDAŞA HƏDƏ MƏKTUBU (FOTO)

RAFİL HÜSEYNOV BƏRİ BAŞDAN MƏHKƏMƏ QƏRARLARINDAN NECƏ XƏBƏR TUTUR?

DİA.AZ: - Redaksiyamıza Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovla bağlı ilginc fakt daxil olub. DİA.AZ-a şikayət məktubu ilə müraciət edən Masallı rayon Füzuli küçəsində yaşayan vətəndaş Dəyyanov Taleh Fərasət oğlu bildirir ki, Masallı şəhər ərazi nümayəndəsinin, Masallı bələdiyyəsi sədrinin və Masallı rayon icra hakimiyyəti apparatı memarlıq və tikinti şöbəsinin müdiri adından ona hədələyici məktub ünvanlanıb.

Qeyd edək ki, rayon rəhbərliyi adından şikayətçiyə göndərilən məktubun kserosurəti də redaksiyamıza təqdim olunub. Və məktubun mətnindən açıq-aydın duyulur ki, icra başçısı vətəndaşı əməlli-başlı hədələyir və hətta onu gözləyən məhkəmənin hansı qərarı çıxaracağını da bəri-başdan bir ekstrasens kimi hədələyici tonda ifadə edir.

Rayon rəhbərliyi adından ünvanlanan məktubun mətnində deyilir:

İCRA BAŞÇISINDAN VƏTƏNDAŞA HƏDƏ MƏKTUBU (FOTO)

«Masallı şəhərinin təsdiq olunmuş yeni «Baş Planı»nı uyğun olaraq şəhərin bütün ərazilərində abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Masallı şəhər M.Füzuli ünvanında yerləşən, istifadənizdə olan, şəhərin «Baş Planı»na uyğun olmayan, şəhərin memarlıq görüşünə ciddi xələl gətirən, qeyri-qanuni tikilmiş obyektinizin 3 (üç) gün müddətinə öz vəsaitiniz hesabına sökülərək materialların tərəfinizdən daşınması Sizə bildirilir.

Əks təqdirdə qanunvericiliyə uyğun olaraq barənizdə inzibati qaydada cərimə tətbiq olunacaq və Prosesual qaydada məhkəməyə cəlb olunacaqsınız».

Hər halda, az qala «erməni-budaq» cümlələrindən təşkil olunmuş bu məktubdakı hədə və amiranəlik ruhu hər kəsin diqqətini cəlb etdi.

Onu da bildirək ki, redaksiyamıza daxil olan məlumatlara görə, əslində bu hədə və amiranəliyi darmadağın etməyin asan bir yolu da var. Bildirilir ki, obyekti «plana düşən» istənilən bir vətəndaş 2-3 min manat verməklə, Masallının YENİ TƏSDİQ OLUNMUŞ «BAŞ PLANI»NI BİR KAĞIZ PARÇASINA ÇEVİRƏ BİLƏR…

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt