Əsas Səhifə > Şou-biznes > “ƏSL KİŞİ İLƏ KONTAKTDAYAM”
“ƏSL KİŞİ İLƏ KONTAKTDAYAM”26-10-2011, 16:52 |
“BUNDAN BÖYÜK XOŞBƏXTLİK OLA BİLƏRMİ?” Populyar müğənni Rəqsanə İsmayılovanın prodüseri Təranə Səmədova bu günlərdə qeyd etdiyi ad günündə yetərincə hədiyyə alıb. Trend Life-ın verdiyi məlumata görə, prodüser deyib: «Təbrik zəngləri, mesajlar və Facebook-dakı dostlarımın diqqəti məni şad etdi. Əsas odur ki, bu il ad günümü sevdiyim insanla birlikdə qeyd etdim. Düzdür, onun kimliyini açıb-ağartmasam da, sevinirəm ki, əsl kişi xüsusiyyətlərinə malik olan bir insanla ciddi münasibətdəyəm. Sevib-sevilirəm. Bundan böyük xoşbəxtlik ola bilərmi? Allah-Təala bütün sevgililəri bəlalardan qorusun, bizi də onlardan ayırmasın". Geri qayıt |