Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAŞ REDAKTOR MÜDAFİƏYƏ HAZIRLAŞIR

BAŞ REDAKTOR MÜDAFİƏYƏ HAZIRLAŞIR


24-07-2012, 18:40
BAŞ REDAKTOR MÜDAFİƏYƏ HAZIRLAŞIR

ƏVƏZ ZEYNALLININ MƏHKƏMƏSİNDƏ NƏLƏR OLACAQ?

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi İyulun 25-də saat 11.00-da davam edəcək. Prosesdə millət vəkili Gülər Əhmədovanın iştirakı və baş redaktorun açıqlamaları gözlənilir.

Xatırladaq ki, artıq 15 gün, 2 məhkəmə prosesidir ki, Gülər Əhmədova qanunun tələblərinə tabe olmayaraq, deputat səlahiyyətlərini bəhanə kimi ortaya ataraq məhkəmədə iştirak etmir. Halbuki o məhkəmə zalına daxil olanda, zalı tərk edən müddətə qədər qanunla deputat toxunulmazlığı ləğv olunmalıdır. Qanunun bu tələbi nə üçünsə hakim tərəfindən yerinə yetirilmir. Bu günədək cəmi bir nəfər şahid qismində məhkəmədə iştirak etməyə gəlib. Qalanlarının iyulun 25-də ifadə verəcəyi təxmin edilir. Çünki şahidlərdən bir qism artıq məhkəmə tərəfindən onlara da “bildiriş” göndərildiyini deyiblər.

Məlumat üçün bildirək ki, baş redaktorun iyulun 11-də keçiriləcək məhkəmə prosesi də hakim Ramella Allahverdiyevanın rahatsızlığı səbəbindən baş tutmamışdı.

Geri qayıt