Əsas Səhifə > Gündəm, Manşet > QUBA OLAYLARINA GÖRƏ DEPUTAT HƏBS OLUNA BİLƏR

QUBA OLAYLARINA GÖRƏ DEPUTAT HƏBS OLUNA BİLƏR


25-07-2012, 11:15
QUBA OLAYLARINA GÖRƏ DEPUTAT HƏBS OLUNA BİLƏR

ONUN HADİSƏLƏRİN QIZIŞDIRILMASINDA İŞTİRAKI SÜBUTA YETİRİLİB

DİA.AZ: - Bu ilin 1 mart tarixində Qubada baş verən hadisələrlə bağlı aparılan istintaq araşdırmalarında ciddi nəticələr əldə olunub. Bu barədə məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələr verib.

Xatırladaq ki, Qubada sözügedən tarixdə baş verən hadisələr nəticəsində icra başçısı Rauf Həbibov istefaya göndərilmişdi. Lakin hakim dairələr baş verən hadisələrin təbii şəkildə baş qaldıran xalq kütləsinin narazılığı kimi qəbul etməyərək, cinayət işi qaldırmış və bu günə kimi 40-a yaxın şəxs bui şlə əlaqədar məsuliyyətə cəlb edilmişdir.

Bu günlərdə mətbuata açıqlama verən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da aşkar surətdə bildirmişdi ki, Qubada baş verənlərə kənar süni müdaxilələr yetərincə olub və icra başçısının devrilməsi ilə sonuclanan hadisənin təşkilatçıları var.

Redaksiyamızı bilgiləndirən mötəbər mənbənin iddialarına görə, artıq həmin şəxsin, yəni Quba olaylarının pərdəarxası «qəhrəmanının» kimliyi tam olaraq məlum olub. Bu, hadisələr zamanı Qubaya rəsmi Bakının «sülhməramlı elçisi» kimi ezam olunan nümayəndə heyətinin tərkibində yer almış deputat Vahid Əhmədovdur.

Xatırladaq ki, buna qədər də ayrı-ayrı mətbu orqanlarda Vahid Əhmədovun Quba hadisələrində iştirakçıi və yaxud da təşkilatçı ola biləcəyi haqda müxtəlif versiyalar səslənib. Hətta sözügedən olaylarla əlaqədar həbsə atılan Qubanın regional «Xəyal» telekanalının əməkdaşlarından birinin Vahid Əhmədovun yaxın qohumu olduğu da söylənilir.

İndi isə mənbəmiz bildirir ki, artıq istintaq deputatın proseslərdə maraqlı tərəf kimi çıxış etdiyi və bəzi şəxslərə yön verdiyini tam olaraq təsbit edib: «Lakin Vahid Əhmədov deputatdır və onu da himayə edənlər var. Odur ki, onunla bağlı hansısa cəza prosesinin həyata keçirilməsi brbaşa olaraq dövlət başçısının iradəsindən asılı olan məsələdir».

Onu da xatırladaq ki, Vahid Əhmədovla devrilmiş icra başçısı Rauf Həbibovun arasında ədavətin olması əvvəldən də məlum idi. Odur ki, son olaraq yayılan xəbərlərin inandırıcılıq payı bu baxımdan kifayət qədər yüksəlmiş olur.

Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləməkdə davam edin…

Geri qayıt