Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TEHRAN BAKI İLƏ DANIŞIĞA ADAM YOLLADI

TEHRAN BAKI İLƏ DANIŞIĞA ADAM YOLLADI


25-07-2012, 11:19
TEHRAN BAKI İLƏ DANIŞIĞA ADAM YOLLADI

ARAKÇI 27-DƏ BAKIDA OLACAQ

İran xarici işlər nazirinin müavini Səid Abbas Arakçının Azərbaycana səfəri iyulun 27-nə planlaşdırılır.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Xarici işlər nazirinin müavininin ölkəmizə səfərində məqsəd Azərbaycanla İran arasında ikitərəfli münasibətləri müzakirə etməkdir.

Xatırladaq ki, iyulun 13-də Azərbaycanda səfərdə olan İranın təhsil naziri Həmidrza Hacıbabayi ölkəsində azərbaycanlı şairlərin saxlanması ilə bağlı sualı cavablandırarkən bildirib ki, tezliklə İran xarici işlər nazirinin müavini ölkəmizə səfər edəcək və bütün məsələlər bu səfər zamanı müzakirə olunacaq.

Geri qayıt