Əsas Səhifə > Şou-biznes > "ONLAR QORXAQDIRLAR"
"ONLAR QORXAQDIRLAR"25-07-2012, 11:58 |
MÜĞƏNNİDƏN DOSTLARINA SƏRT İTTİHAM Müğənni Samir Cavadzadə uzun müddət qeybə çəkilməsinin səbəbini açıqlayıb. Day.Az-ın verdiyi məlumata görə, o, ATV telekanalında yayımlanan "10lar" proqramında bildirib ki, onun başına gələn xoşagəlməz hadisə ilə bağlı bir il heç kim onunla maraqlanmayıb. "Heç kim maraqlanmadı ki, bu doğrudur, ya yox", - o əlavə edib və deyib ki, hamı onun haqqında çirkin sözlər danışırdı. Onun sözlərinə görə, hətta dostları da onu ittiham edirdilər. "Mənə ən çox təsir edən "Nəhayət ki, iblis öz simasını göstərdi" sözləri idi. Ancaq heç kim düşünmürdü ki, mən iblis obrazında ölkəmizi təmsil edirdim, bu cür doğulmamışam. Mən bunları heç vaxt unutmayacam və heç vaxt heç kimə gülümsəməyəcəm. Köhnə dostlarımı da bağışlamayacam. Onlar məni tək qoydular. Qınamıram, onlar sadəcə qorxaqdırlar", - müğənni vurğulayıb. Geri qayıt |