Əsas Səhifə > Partiya > MYANMA QƏTLİAMINA BAKIDAN REAKSİYA
MYANMA QƏTLİAMINA BAKIDAN REAKSİYA25-07-2012, 12:13 |
İSLAM PARTİYASI BƏYANAT YAYDI Azərbaycan İslam Partiyası (AİP) Myanmada (keçmiş Birma) müsəlman qətliamı ilə əlaqədar etiraz bəyanatı yayıb. Partiyanın mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, bəyanatda bildirilir ki, dünyada baş verən zülm və qətliamların ardı-arası kəsilmir. Bu, insanlıq üçün böyük imtahan dövrünün başlanmasından xəbər verir. Fələstində, İraqda, Əfqanıstanda, son günlərdə isə Suriyada şeytanın fitnə-fəsadı ilə müsəlmanların kütləvi məhv edilməsi bəşəriyyətə açıqca xəbərdarlıqdır. "Daha bir acı xəbər Cənubi Asiya ölkəsi Myanmadan gəlir. İki milyondan artıq müsəlmanın yaşadığı bu buddistlər ölkəsi Məhəmməd (s) ümməti üçün cəhənnəmə döndərilib. Rəhmsizlik ərşə qalxıb. Müsəlman qoca, qadın, körpələri soyqırıma məruz qoyularaq kütləvi basdırılır. Dünyaya irqçilik toxumunun səpilməsinə, insanlığa qənim kəsilməsinə ölkənin kəşfiyyat orqanları, polis əməkdaşları münbit şərait yaradırlar", - sənəddə deyilir. Qeyd olunur ki, BMT, dünyanın güc mərkəzləri müsəlmanlara qarşı yönəldilmiş cinayətkarlığa müdaxilə etməli, xüsusən, Myanmada son günlər baş verən kütləvi, dövlət səviyyəli cinayətkarlığın qarşısını almaq üçün ölkənin rəsmi təşkilatlarına real və optimal təzyiqlər göstərməlidirlər: "Çünki dünya nizamını pozmağa, insanların sülh və əminamanlıq şəraitində yaşamaq hüquqlarını əllərindən almağa çalışan terrorçu qruplar səhnəarxası qüvvələrin, xüsusən dünya sionizminin himayəsi altında balansı öz xeyirlərinə dəyişməyə, müsəlmanları fiziki cəhətdən məhv etməklə islama zərbə vurmağa nail olmaq istəyirlər". Geri qayıt |