Əsas Səhifə > Sosial, Manşet > ŞƏMSƏDDİN HACIYEV NAZİR POSTUNA GƏTİRİLİR
ŞƏMSƏDDİN HACIYEV NAZİR POSTUNA GƏTİRİLİR25-07-2012, 13:41 |
MİSİR MƏRDANOVLA RƏQABƏT APARAN TQKD SƏDRİ İSƏ MÜAVİN OLACAQ DİA.AZ: - Neçə müddətdir ki, təhsil nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə arasında bir mehriban düşmənçilik atmosferi hökm sürməkdədir. Davamlı şəkildə nazirliyin apardığı işin keyfiyyətsizliyini ifşa etməkdə olan TQDK rəhbərliyinə dövlətin də açıq-aşkar dəstək verməsi TN-nin bir sıra səlahiyyətlərinin Məleykə Abbaszadənin rəhbərlik etdiyi quruma verilməsindən də açıq-aydın görünməkdədir. Bildirək ki, bütün bu baş verənləri şərh edən bir sıra ekspertlərin qənaətinə görə, əslində Məleykə Abbaszadə Misir Mərdanovun yerinə keçməsi üçün bu qəbildən olan addımlarını intensivləşdirməkdədir. Amma bu iddiaların heç bir əsasının olmadığını söyləyənlər də var. Lakin Misir Mərdanovun vəzifəsindən alınacağı şübhəsizdir.bunu isə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbələr ötürüblər. Qaynağın sözlərindən belə aydın olur ki, hələ keçən dərs ilinin əvvəlində prezidentin müvafiq sərəncamı ilə vəzifələrindən alınan üç nazir müavini ilə birgə Misir Mərdanov da vəzifəsini itirməli idi. Amma Misir Mərdanov görəv başında saxlanıldı ki, bunun da müvəqqəti xarakter daşımasını rəsmi mənbələr qeyri-rəsmi şəkildə etiraf etdilər. Son xəbərlərə görə isə, növbəti dərs ilini Misir Mərdanov nazir postunda qarşılamayacaq. Mənbənin söylədikləri: «Misir Mərdanov artıq ona verilən bir illik vaxtı doldurub. İndi isə istefa zamanı yetişib». Mənbəmiz iddia edir ki, Misir Mərdanovun yerinə hazırda Dövlət İqtisad Universitetinin rektoru postunu tutan Şəmsəddini Hacıyev nazir təyin ediləcək. Hər halda, bu seçimin təhsil sistemindəki acınacaqlı durumun aradan qaldırılmasına xidmət edəcəyini söyləmək yanlışdır. Ən azından ona görə ki, Şəmsəddin Hacıyevin ünvanına bu günlərdə çox ağır korrupsiya ittihamları səslənib və eyni zamanda cəmiyyət arasında «Narxoz» kimi tanınan bu ali təhsil ocağının bir korrupsiya yuvası olması faktı da mövcuddur. Yəni belə olan təqdirdə, məlum imicə sahib bir şəxsin təhsil naziri postuna gətirilməsi niyyətinin təhsil sisteminə vurulacaq növbəti zərbə kimi dəyərləndirilməsi doğru olardı. Məlumat üçün bildirək ki, Şəmsəddin Hacıyev hələ son parlament seçkilərində də böyük çətinliklər hesabına mandat əldə etmişdi və ona «yuxarıların» böyük etimad göstərməsinin bir təzahürü rektorun kürəkəninin hazırda hakim Yeni Azərbaycan Partiyasının gənclər təşkilatına rəhbərlik etməsində də özünü göstərməkdədir. Mənbəmiz bildirir ki, Şəmsəddin Hacıyevin nazir postuna gətirilməsi ilə yanaşı, təhsil nazirliyinin əsasnaməsinə parlamentin payız sessiyasında dəyişikliklərin edilməsi də planlaşdırılır. Məlumatlara görə, gözlənilən dəyişikliklər nəticəsində TQDK sədrinə «təhsil nazirinin müavini» səlahiyyətinin və statusunun verilməsi nəzərdə tutulur. Geri qayıt |