Əsas Səhifə > Gündəm, Manşet > FARS-MOLLA REJİMİ QAMÇISINI YERƏ QOYMAYIB
FARS-MOLLA REJİMİ QAMÇISINI YERƏ QOYMAYIB26-07-2012, 12:25 |
İRAN PORTALLARINDA ÖLKƏMİZ «İSLAM DÜŞMƏNİ» KİMİ TƏBLİĞ OLUNUR DİA.AZ: - «Avroviziya-2012» mahnı yarışması dövründə Azərbaycana qarşı böyük miqyaslı əks-təbliğat kampaniyası aparan fars-molla rejiminin mətbuatı yenə də susmaq bilmir. Halbuki bir neçə gün əvvəlki açıqlamasında Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov «güman edirik ki, İran tərəfi Azərbaycana qarşı təbliğatı dayandırıb» şəklində açıqlama vermişdi. Amma buna rəğmən hələ də İran tərəfi ölkəmizə qarşı özünün xəfif əks-təbliğat gedişlərini etməkdədir. Məsələn, biri neçə gündür ki, fars-molla rejiminə aid media quruluşlarında bu günlərdə həbsxanada dünyasını dəyişmiş Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayevlə bağlı təbliğat aparılır və onun «şəhid» olduğu bildirilir. Hətta İrana aid «abna.ir», «arannyus» kimi portallarda Azərbaycan dövlətinin Vaqif Abdullayevi qətlə yetirdiyi vurğulanmaqla, dövlətimiz «islam düşməni» kimi təbliğ olunur. Halbuki bu gün İslam dininin İrandan daha çox, Azərbaycana aidiyyatının olması bir faktdır. Ən azından özünü şiə-müsəlman ölkəsi adlandıran İranın minlərlə şiə Azərbaycan türkünü qətlə yetirmiş və günü bu gün də minlərlə şiə məbədini zibilxanaya çevirən düşmən Ermənistanla hansı səviyyədə gözəl münasibətlərdə olmasını hər kəs yaxşı bilir. Bütün bunlar isə onun göstəricisidir ki, Əli Həsənov İran məsələsində yanılır. Yəni fars-molla rejimi mətbu atəşkəs elan etməib, sadəcə olaraq, bəzi İran rəsmilərinin bu ərəfədə Azərbaycana səfərləri var. Səfərləri bitəndən sonra daha da güclü formada üzərimizə yeriyəcəklər. Bu şübhəsizdir. Geri qayıt |