Əsas Səhifə > Dünya > ÇİN LÜĞƏTİNDƏ "GEY" BÖHRANI

ÇİN LÜĞƏTİNDƏ "GEY" BÖHRANI


26-07-2012, 13:54
ÇİN LÜĞƏTİNDƏ "GEY" BÖHRANI

GÖRÜN, CAMAATIN BAŞI İNDİ DƏ NƏYƏ QARIŞIB

Çincədə homoseksuallar üçün əsasən istifadə edilən "tongxinglian"dır. "Tongxinglian" sözü dilimizə tərcüməsi isə "həmcinsbazların əlaqəsi"dir.

FaktXeber.com-un verdiyi məlumata görə, Çində bu sözün daxil edildiyi ən etibarlı lüğətlərindən birinin son nəşri tənqid mövzusu olub.

Çinli homoseksuallar üçün məşhur bir şəkildə istifadə olunan "gey" tərifi saxlanmadığı üçün tənqid olunur.

İlk mənası "yoldaş" mənasını verən "tongzhi" sözü, kommunistlər tərəfindən neçə on illərdir seçilmiş bir xitab formasıdır. Naşirlərdən biri sözcüyün gündəlik dildə istifadə edilən mənasına diqqət çəkmək istəmədiklərini söyləyib. Müasir Çincə lüğətin yenidən təşkil edilmiş altıncı nəşrində 69 min söz, 13 min Çin heroqlifi və 3 mindən çox yeni ifadə var.

Lüğətdə internet jarqonu olaraq istifadə edilə biləcək sözlər və Çincə olmayan ifadələr də var.
Ancaq "tongzhi" sözcüyünün gündəlik danışıq dilində "gey", yəni homoseksual mənasını verən tərifi, bunların arasında yoxdur. Lüğətin digər bir naşiri, dilçi alim Jiang Lansheng də açıqlamasında, "bu istifadədən xəbərimiz var idi, amma əxlaq qaydalarına görə onu lüğətə sala bilmərik. İstəmirik ki, xalq üçün belə əxlaqsız əməllər, kəlmələr adiləşsin", - deyib.

Lansheng, "sözü istədiyiniz mənada istifadə edə bilərsiniz, ancaq biz buna standart bir lüğətdə yer verə bilmərik. Çünki bu tərz istifadələri təşviq etmək istəmirik. Bu tərz şeylərə diqqəti cəlb etmək istəmirik", - deyir.

Geri qayıt